Accessibility links

Obama G-20 sammitində:İŞİD-ə qarşı mübarizə səyləri ikiqat artırılacaq


ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Böyük 20-lər sammitində
ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Böyük 20-lər sammitində

ABŞ prezidenti Barak Obama Parisdə terror aksiyalarından sonra hücumu törədənlərin tapılmasında Fransaya yardım göstərməyə söz verib və İslam Dövləti qrupuna qarşı mübarizə səylərini ikiqat artıracağını deyib.

Prezident Obama bu açıqlamaları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Antalyada Böyük 20-lərin sammitinin açılışında görüşü zamanı verib.

"Təhrif edilmiş ideologiyaya görə günahsız insanların qətli təkcə Fransaya, Türkiyəyə hücum deyil, bütün sivil dünyaya hücumdur"-prezident Obama

"Biz Suriyada din keçidə nail olmaq və Paris, Ankara və dünyanın başqa yerlərində insanlara bu qədər acı və ağrılar gətirən İŞİD-in məhv edilməsində koalisiyanın digər üzvlərilə birgə səyləri ikiqat artıracağıq"-deyə Obama bildirib.

Obama Fransa ilə həmrəylik bildirib və cümə günü axşam Parsdə koordinasiya edilmiş hücumları qınayıb.

"Təhrif edilmiş ideologiyaya görə günahsız insanların qətli təkcə Fransaya, Türkiyəyə hücum deyil, bütün sivil dünyaya hücumdur" deyən prezident Obama bununla Ankarada keçən ay 100-dən çox adamın ölümülə nəticələnmiş qoşa bomba hücumlarını da qeyd edib.

Parisə və Ankarada hücumlara görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb.

Parisdə terror hücumları dünyanın iqtisadi baxımdan ən inkişaf etmiş 20 ölkəsinin liderinin zirvə görüşünü birinci günü əsas diqqət mərkəzindədir. Liderlər sammitdə ticarət, enerji və iqlim dəyişikliyi məsələlərini müzakirə edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG