Accessibility links

Prezident Obama və Tayger Vuds qolf meydançasında yarışır


Prezident Barak Obama ABŞ-da Prezidentlər günü münasibətilə həftə sonu tətilini Florida ştatında qolf məkanında keçirir. Cənab Obamanın dünyada qolf üzrə ranqa görə ikinci yerdə olan Tayqer Vudsla (Tiger Woods) qolf yarışına çıxdığı deyilir.

İlk dəfə bu haqda məlumatı ABŞ-da qolfa həsr olunmuş GolfWorld jurnalının müxbiri xəbər verib. Ağ Ev hələlik bu məlumatı təsdiq etməyib.

Verilən məlumatlara görə, prezident Obama şənbə günü Floridada Tayqer Vudsun məşqçisindən qolf dərsləri alıb. Tayger Vuds hazırda Floridanın cənubunda məşhur Yupiter klubu yaxınlığında yaşayır.

Cənab Obama Prezidentlər günü münasibətilə qısa tətili bu il ailə üzvlərindən ayrı keçirir. Birinci xanım Mişel Obama və onların iki qızı –Saşa və Maliya tətil günləri Kolorado ştatında xizək kurortuna səfər edib.

ABŞ prezidenti idmana xüsusi rəğbəti və basketbol həvəskarı kimi tanınır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG