Accessibility links

Obama: Respublikaçıların büdcə layihəsi imkanları məhdudlaşdırır


ABŞ prezidenti Barak Obama deyib ki, amerikalıların çoxu indi əvvəlkindən daha çox işləsə də, irəli gedə bilmir.

Amerika xalqına həfətlik müraciətində cənab Obama bu ilin əvvəli Konqresə göndərilmiş büdcə lahiyəsinin hamı üçün ideal imkanların təmin edilməsi prinsipi əsasında yaradıldığını bildirib. Onun sözlərinə görə, büdcə layihəsində orta sinfin inkişafının təmin edilməsi və oun prezidentliyi dövrü yarıya enmiş çatışmazlığın aradan qaldırılması nəzərdə tutulur.

Cənab Obama respublikaçıların təqdim etdiyi fərqli büdcənin imkanları azalması və amerikalıların irəliyə getməsinin çətinləşməsinə gətirib çıxaracağını bildirib.

Respublikaçıların müraciətində Cənubi Karolina senatoru Tim Skott federal tılim proqramlarının bürokratik xarakter daşıdığını və qeyri-effektiv olduğunu deyib və demokratların bu proqramların müasirləşdirilməsi məqsədilə respublikaçıların irəli sürdüyü layihəni dəstəkləməyə çağırıb.
XS
SM
MD
LG