Accessibility links

Çərşənbə günü Yunanıstan xalqı önündə demokratiya barədə danışan prezident Barak Obama Birləşmiş Ştatlarda hakimiyyətin dinc keçidinin vacibliyini vurğulayıb.

Afinada yerləşən Stavros Niarkos Fondunun Mədəniyyət Mərkəzində çıxış edən Obama ABŞ-da keçirilən ən son prezident seçkisinin demokratiyanın necə işlədiyinin gözəl nümunəsi olduğunu deyib.

O həmçinin Donald Tramp administrasiyasının Birləşmiş Ştatlarda özünütəcrid siyasəti aparacağına dair narahatlıqların olduğu bir vaxt ABŞ-ın Avropaya və onun təhlükəsizliyinə dəstəyini bir daha vurğulayıb.

Obama NATO-nun “son dərəcə əhəmiyyətli” olduğunu qeyd edib.

Prezidentliyə yeni seçilmiş Donald Tramp ABŞ-ın keçmiş administrasiyalarının qaldırdığı məsələlərlə bağlı danışan Obama NATO liderlərini müdafiə xərclərini artırmağa çağırıb.

Obama həmçinin Yunanıstanla bağlı müsbət fikir söyləyib. Baş nazir Aleksis Tsiprasla keçirdiyi mətbuat konfransında prezident Obama “hətta çətin zamanlarda” belə müdafiə üçün nəzərdə tutulan minimum hədəfdən daha çox pul xərclədiyinə görə ölkəni təbrik edib. O deyib ki, “əgər Yunanıstan NATO-nun öhdəliyinə yerinə yetirirsə, bizim bütün müttəfiqlərimiz də bunu etmək imkanına malik olmalıdır.”

Show comments

XS
SM
MD
LG