Accessibility links

ABŞ prezidenti Barak Obama və xanımı Havayda yerləşən Kano Bey dəniz piyadaları bazasında hərbi qulluqçularla görüşüblər.

Onların səfəri ABŞ-ın 6 hərbçisinin Əfqanıstanın böyük aviabazası yaxınlığındakı terror aktında həlak olmasından sonraya təsadüf edir.

ABŞ prezidenti xidmət etdiyi mövqedən və məkandan asılı olmayaraq bütün hərbçilərə hər zaman minnətdar olduğunu bildirib.

Prezident Obama bildirib ki, İraq, Əfqanıstan kimi yerlərdə ABŞ hərbçilərinin sayını azaltmağa nail olsalar da, həmin bölgədə yenə də xidmətini yerinə yetirən və təhlükə ilə üzləşən insanlar qalmaqdadır.

Onun sözlərinə görə, hər il Havayda yerləşən hərbi bazaya baş çəkmək ABŞ prezidenti ailəsinin sevimli işidir. Obama zarafat da edərək bazadakı idman zalında idmanla məşğul olmağı sevdiyini, ancaq hazırlıqlı dəniz piyadaları yanında bunun asan olmadığını söyləyib.

ABŞ prezidentinin ailəsi Milad tətilini Havay adalarında keçirir.

XS
SM
MD
LG