Accessibility links

ABŞ prezidenti Barak Obama amerikalıları hərbi qüvvələrdə xidmət edən qadın və kişilərin ölkə üçün verdiyi qurbanları unutmamağa çağırıb.

Amerika xalqına həftəlik müraciətində ABŞ prezidenti hərbçi qadın və kişilərin ölkənin dəyərlərinin qorunması üçün hər kəsdən daha artıq qurban verdiyini deyib.

ABŞ prezidenti bazar ertəsi günü Nyu Cersi ştatında yerləşən hərbi bazada əsgərlərlə görüşəcəyini bildirib.

Cənab Obama deyib ki, əsgərlər, onların ailələri və veteranlara ehtiramı müxtəlif yollarla olar. ABŞ prezidenti təşəkkürlərini bildirmək üçün amerikalıları JoiningGorces.gov veb saytına müraciət etməyə çağırıb.

XS
SM
MD
LG