Accessibility links

Prezident Obama orta sinfin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb


ABŞ prezidenti Barak Obama həftəlik müraciətində amerikalıların bugünkü iqtisadi şəraitdə orta sinfin gücləndirilməsi üçün mübarizə etməli olduğunu deyib.

Prezident Obama bildirib ki, bu, hamı üçün müvafiq səhiyyə sığortası, münasib maaş və məzuniyyət, eləcə də iş yerlərində əlverişli şəraitin yaradılması deməkdir.

ABŞ prezidentinin sözlərinə görə, minimum əmək haqqının artırılması ailələrin vəziyyətinin yaxşılaşdırılmasının ən yaxşı yollarından biri olardı.

Prezident Obama ABŞ-ın 13 ştatı və paytaxt Vaşinqtonda son 18 ayda minimum əmək haqqının artırıldığını qeyd edib.

Amerika lideri bildirib ki, minimum əmək haqqının artırıldığı ştatlarda bunun edilmədiyi ştatlarla müqayisədə iş yerlərinin də artdığı müşahidə edilir.

Prezident Obama deyib ki, Amerikada yaxşı işləyib qaydalara əmək etmək istəyən hər bir kəsin irəli gedə bilməsi təmin edilməklə dünyada ən güclü orta sinif yaradılıb.

Respublikaçıların həftəlik müraciətində ABŞ-ın İndiana ştatından konqresmen Larri Buçşon Obama administrasiyasının yürütdüyü siyasətin ölkə iqtisadiyyatına zərər vurduğunu və ailələrin vəziyyətini çətinləşdirdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG