Accessibility links

Obama: Hillari ölkə lideri olmağa ən layiqli namizəddir


ABŞ prezidenti Barak Obama və prezidentliyə demokrat namizəd Hillari Klinton Filadelfiyada Demokrat partiyasının qurultayında
ABŞ prezidenti Barak Obama və prezidentliyə demokrat namizəd Hillari Klinton Filadelfiyada Demokrat partiyasının qurultayında

Ümid və nikbinlik-prezident Obamanın Demokrat partiyasının qurultayında çıxışının əsas mövzuları idi.

`Mənim tanıdığım Amerika cəsarət və nikbinlik, yaradıcılıqla dolu bir ölkədir. Mənim tanıdığım Amerika ləyaqətli və səxavətlidir` deyən president Obama ölkənin bugünkü durumu və gələcəyi ilə bağlı görüşlərini ifadə etdi. ABŞ prezidenti Amerikada bəzi ailələrin ödənişləri edə bilməməsi, silahlı zorakılıqların baş verməsi kimi qarşılaşdığı real problemlərin mövcud olduğunu etiraf etdi. Lakin o, ölkənin problemləri həll edə bilmək qabiliyyətinə dərin inamını ifadə etdi.

Amerikanın gələcəyi ilə bağlı fikirlərini bölüşən president Obama bundan sonra Hillari Klintonun təkcə zəngin təcrübəsi deyil, həm də uşaqlar və veteranların müdafiəsi sahəsində gördüyü işlərə görə ABŞ-ın növbəti prezidenti olmağa ən layiqli namizəd olduğunu bildirdi.

`Nə mən, nə Bill, heç bir namizəd Hillari qədər bu vəzifəyə layiq olmayıb`-ABŞ prezidenti Barak Obama

O bildirdi ki, onun özü də daxil olmaqla Hillari Klinton ölkəyə liderlik etmək üçün bütün namizədlər arasında ən layiqlisidir.

`Dövlət katibi qədər bu vəzifəyə layiq heç bir kişi və qadın olmayıb. Nə mən, nə Bill, heç bir namizəd Hillari qədər bu vəzifəyə layiq olmayıb. `

ABŞ prezidenti ölkənin lideri və ali baş komandanının daşıdığı yüksək məsuliyyəti vurğuladı. `Heç bir şey sizi əslində Oval kabinetin tələblərinə hazırlamır. Bu kresloda oturana qədər qlobal böhranın necə idarə edilməsi və ya gənc insanları müharibəyə göndərməyin nə olduğunu bilmirsiniz. Lakin Hillari işin içində olub; o bəzi qərarların çıxarılmasında iştirak edib. O bizim hökumətin işləyən ailələr, yaşlı vətəndaşlar, kiçik biznes sahibləri, əsgərlər əv veteranlar üçün nə etdiyini bilir.` Obama bəyan edib.

ABŞ prezidenti Barak Obama və prezidentliyə demokrat namizəd Hillari Klinton Filadelfiyada Demokrat partiyasının qurultayında
ABŞ prezidenti Barak Obama və prezidentliyə demokrat namizəd Hillari Klinton Filadelfiyada Demokrat partiyasının qurultayında

ABŞ prezidenti daha sonra deyib: `Böhranlı vəziyyətdə belə o, insanları dinləyir, soyuqqanlılığını saxlayır və hamıya hörmətlə yanaşır. İmkanlar nə qədər ağır olsa da, adamlar onu nə qədər yıxmağa çalışsa da, o heç vaxt təslim olmur.`

`Heç bir şey sizi əslində Oval kabinetin tələblərinə hazırlamır. Bu kresloda oturana qədər qlobal böhranın necə idarə edilməsi və ya gənc insanları müharibəyə göndərməyin nə olduğunu bilmirsiniz`-ABŞ prezidenti Barak Obama

Prezident Obama Hillari Klintonun bütün bu xüsusiyyətlərinə görə onu ABŞ-ın prezidenti olmağa layiq gördüyünü deyib.

`Bu, məni tanıdığım Hillaridir. Bu, mənim valeh olduğum Hillaridir. Buna görə də mən tam əminliklə deyə bilərəm ki, Hillari Klinton qədər Amerika Birləşmiş Ştatlarının prezidenti olmağa layiq heç bir kişi və qadın olmayıb.`

`Biz bizim müttəfiqlərimizi alçaldan, amma eyni zamanda Vladimir Putin kimi diktatorlara qollarını açan bir nəfəri prezident seçə bilmərik`-ABŞ-ın vitse-prezidenti Co Bayden

Müşahidəçilər prezident Obamanın ABŞ prezidentliyinə ilk qadın namizəd olan Hillari Klintona dəstəyinin onun öz siyasi irsinin qorunub saxlanması səylərinin bir hissəsi olduğunu hesab edir. Barak Obama onun prezidentliyi dövrü xarici siyasət, iqlim dəyişikliyi və bir sıra başqa məsələlərlə bağlı qərarlarının xələfi tərəfindən saxlanmasını istəyir.

Prezident Obama çıxışının bir hissəsini Respublikaçılar partiyasının namizədi Donald Trampın tənqidinə yönəltdi. O, Donald Trampın ölkədə orta sinfin maraqlarını təmin etmək, xarici siyasətə gəldikdə isə amerikalıları hazırkı təhlükələrdən qorumağa qadir olması ilə bağlı şübhələrini ifadə etdi.

ABŞ-ın vite-prezidenti Co Bayden Demokrat partiyasının qurultayında
ABŞ-ın vite-prezidenti Co Bayden Demokrat partiyasının qurultayında

Vitse-prezident Co Baydenin çıxışı

Respublikaçılar partiyasının namizədi Donald Trampı tənqid edən təkcə prezident Obama deyildi. Qurultayda ABŞ prezidentindən öncə çıxış edən vitse-prezident Co Bayden Donald Trampı ən kəskin şəkildə tənqidlərə məruz qoydu. Donald Trampın həm xarici siyasət, həm də iqtisadiyyatla bağlı fikirlərini rədd edən vitse-prezident Bayden Respublikaçıların prezidentliyə namizədini ən hazırlıqsız namizəd olduğunu və onun hakimiyyətə gəldiyi halda beynəlxalq münasibətləri risk qarşısında qoya biləcəyini deyib.

`Biz bizim müttəfiqlərimizi alçaldan, amma eyni zamanda Vladimir Putin kimi diktatorlara qollarını açan bir nəfəri prezident seçə bilmərik. Təhdidlə gücü qarışdıran bir adamı, biz amerikalılar olaraq buna yol verə bilmərik`vitse-prezident Bayden bildirib.

Demokratlar partiyasının qurultayı Co Baydenin siyasi məruzə ilə çıxış etdiyi sonuncu siyasi tədbir idi və o bu imkandan Hillari Klintona dəstək vermək üçün istifadə etdi.

`Hamı bilir ki, o, ağıllıdır. Hamı bilir ki, o qətiyyətlidir. Amma mən onun həvəsini bilirəm. Mən Hillarini tanıyıram. Hillari başa düşür. Hillari işi görür.`

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG