Accessibility links

Obamanın Hiroşimaya tarixi səfəri müzakirələrə yol açıb [Video]


Asiya səfəri zamanı ABŞ prezident Barak Obama ABŞ-ın ilk nüvə bombası attığı Hiroşima şəhərini ziyarət edən hakimiyyətdə olan ilk prezident kimi tarixə düşəcək. Prezident bir çoxlarının müqəddəs hesab etdiyi bu torpağa ayaq basmadan öncə onun ziyarəti zamanı ABŞ-ın əməllərinə görə üzr istəyib-istəməməli və hətta prezidentin səfər edib-etməməli olduğu ilə bağlı müzakirələr aparılıb.

Prezident üzr istəməyəcək. Heç Yaponiya höküməti də üzr tələb etmir.

Bu dünyanı dəyişən bir məqam idi. Bir il ərzində 140 min nəfər ölmüş sağ qalanlar və onların uşaqları isə radiasiya zəhərlənməsindən əzab çəkmişdir. ABŞ-ın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atmaq qərarının arxasında duran əsas səbəblər kimi illərdir davam edən Yaponiya təcavüzünə son qoyulaması və mümkündür ABŞ-ın işğalı ilə daha çox insanın həyatını itirməsinin qarşısının alınması göstərilirdi.

Amma yaponların çoxu hadisəni başqa cür izah edir və günahsız insanların hədəf alındığını deyir.

Ötən ay ABŞ dövlət katibi Con Kerri Hiroşimanı ziyarət edib. O, ziyarətgahın insanda son dərəcə kədərli hisslər oyandırdığını deyib və hər kəsi Hiroşimanı ziyarət etməyə çağırıb. Kris Appi kimi bəzi ekspertlər düşünür ki, ziyarətçilərin sırasına ABŞ prezidenti də daxil olmalıdır.

Hiroşima Sülh Parkı

Hiroşima Sülh Parkı

“Onun Hiroşimaya gedəcəyini biləndə mən çox sevindim. Fikrimcə, oraya getmək bir çox yaponların uzun zamandır gözlədiyi simvolik bir jestdir,” deyə o bildirir.

Appi həmçinin ABŞ-ın atom bombası hücumlarına görə üzr istəməli olduğunu düşünür:

“Mən prezidentin üzr istəməyə istəksiz olmasından məyus oldum, çünki, fikrimcə, bir insanın əsasən də günahsız insanların əzab çəkməsinə səbəb olan bəzi əməllərə, görə məsuliyyət və cavabdehliyi üzərinə götürməsi onun yetkinliyinin göstəricisidir.”

Mən Birləşmiş Ştatların prezidentinə hara getməli olduğunu deyə bilmərəm. Amma bunun məqsədi nədir? Belə etməklə çox xoşagəlməz xatirələrin üstü açılır.

Digərləri isə bu fikirlə razılaşmır.

“Prezident üzr istəməyəcək. Heç Yaponiya höküməti də üzr tələb etmir,” deyə Amerika İnkişaf Mərkəzindən Brayn Hardinq bildirir.

ABŞ senatoru və Vyetnam Müharibəsi veteranı Con MakKeyn bu səfərin məqsədini anlamır.

“Mən Birləşmiş Ştatların prezidentinə hara getməli olduğunu deyə bilmərəm. Amma bunun məqsədi nədir? Belə etməklə çox xoşagəlməz xatirələrin üstü açılır. Amma təbii ki, prezident istədiyi yerə gedə bilər,” deyə o bildirib.

Prezidenti Sülh Parkında Yaponiyanın baş naziri Şinzo Abe müşayiət edəcək. Ağ Ev rəsmiləri deyir ki, hər iki lider müharibənin dəhşətlərini və nüvə silahlarının yer almadığı bir dünya yaradılmasının zəruriliyini vurğulayacaq.

XS
SM
MD
LG