Accessibility links

Obama Hiroşimada keçmişlə üzləşib [Video]


Obama Hiroşimada keçmişlə üzləşib
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Obama Hiroşimada keçmişlə üzləşib

ABŞ prezidenti Barak Obama Yaponiyanın baş naziri Şinzo Abenin müşayiətilə Hiroşimanın Sülh Parkını ziyarət edərək tarixə imza atıb. Hiroşima Amerika hərbi təyyarələrinin İkinci Dünya Müharibəsində 1945-ci ilin avqustun 6-da ilk atom bombasını atdığı şəhərdir. Nəticədə minlərlə insan ölüb, bir nəsil insan isə şüalanma məruz qalıb.

Biz burada dayanıb, özümüzü bomba düşdüyü anı təsəvvür etməyə, uşaqların gördüklərindən sonra keçirdiyi dəhşət hissini keçirməyə məcbur edirik. O dəhşətli müharibədə, ondan öncə və ondan sonra baş verən digər müharibələrdə də həyatını itirən günahsız insanları yad edirik.
Barak Obama

ABŞ prezidentinin konvoyu 1945-ci ildə atom bombasının tamamilə dağıtdığı Hiroşima şəhərindəki sülh parkına daxil olarkən onu minlərlə yapon qarşılayıb.

Prezident Obama heç bir Amerika prezidentinin etmədiyi bu səfər qərarının səbəbini açıqlayıb:

“Bura gəlməyimizin səbəbi budur. Biz burada dayanıb, özümüzü bomba düşdüyü anı təsəvvür etməyə, uşaqların gördüklərindən sonra keçirdiyi dəhşət hissini keçirməyə məcbur edirik. O dəhşətli müharibədə, ondan öncə və ondan sonra baş verən digər müharibələrdə də həyatını itirən günahsız insanları yad edirik.”

Bir zamanlar bura çox fərqli bir yer idi. İkinci Dünya Müharibəsinin sonunda bura dağıntılar içərisində idi.

İndi isə Hiroşima yenidən həyat dolu canlı bir liman şəhəridir. Buna baxmayaraq acı xatirələr yaddaşlardan silinməyib. Prezident bombalamadan sonra sağ qalan iki kişi və onların ailələri ilə görüşüb.

Prezident Obama deyir ki, keçmişi unutmaq mümkün olmasa da, xatirələr daha yaxşı gələcək qurmağa yardım edir.

ABŞ prezidenti Hiroşimada
ABŞ prezidenti Hiroşimada

“Burada dünya həmişəlik dəyişdi. Amma bu gün bu şəhərin uşaqları günlərini sülh içində keçirirlər. Bu, çox qiymətli bir şeydir. Bu sülhü qorumağa və daha sonra bütün dünyadakı hər bir uşağa da uzatmağa dəyər. Bu bizim seçmək imkanımız olan bir gələcəkdir. Elə bir gələcək ki, orada Hiroşima və Naqasaki yaddaşlarda atom müharibəsinin şəfəqi kimi deyil, bizim özümüzün mənəvi oyanışının başlanğıcı olaraq qalsın.”

Obama və Yaponiyanın baş naziri Şinzo Abe atom bombalaması sırasında ölən on minlərlə insanın abidəsi üzərinə əklil qoyub.

Hiroşima prezident Obamanın Asiya səfərinin son dayanacığıdır. Bundan öncə o, Vyetnamı ziyarət edib və hər il keçirilən G-7 sammitində iştirak edib. Belə görünür ki, Vyetnam və Yapooniyaya səfərin ortaq məqsədi keçmiş düşmənlərlə barışmaq idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG