Accessibility links

Obama: Hiroşimaya səfər ABŞ və Yaponiya arasında hazırkı əlaqələri vurğulayır


ABŞ prezidenti Barak Obama birinci atom bombasının atıldığı Hiroşima şəhərinə səfərin keçmiş düşmənlər arasında hazırkı dostluq münasibətlərini vurğulayacağını deyib və bu dağıdıcı hücuma görə üzr istəməyəcəyini təkrar edib.

Obama dünyada atom bombardmanına ilk dəfə olaraq məruz qalan şəhəri ziyarət edən hakimiyyətdə olan ilk Amerika prezidenti olacaq. Səfər zamanı onu Yaponiyanın baş naziri Şinzo Abe müşayiət edəcək.

Yaponiyanın milli yayım şirkəti olan NHK-yə müsahibədə Obama deyib ki, liderlər münaqişə zamanı bəzən çox çətin seçimlər etməli olur. O əlavə edib ki, Hiroşimada qısa çıxışı zamanı hadisəyə görə üzrxahlıq edilməyəcək.

"Bunu başa düşmək lazımdır ki, müharibənin gedişində liderlər hər cür qərarlar qəbul edə bilər. Suallar və onları təhlil etmək tarixçilərin işidir"-deyə Obama bildirib.

"Lakin bu vəzifədə yeddi il yarım olan bir insan kimi,mən bilirəm ki, hər bir lider çətin seçimlər edir, xüsusilə də müharibə dövrü"-deyə prezident Obama əlavə edib.

"Bunu başa düşmək lazımdır ki, müharibənin gedişində liderlər hər cür qərarlar qəbul edə bilər. Suallar və onları təhlil etmək tarixçilərin işidir."

Hiroşimaya 1945-ci il avqustun 6-da atom atom bombasının atılması nəticəsində minlərlə insan və ilin sonuna qədər 140 min nəfər həyatını itirmişdi. Avqustun 9-da daha bir bomba Naqasaki şəhərinə atılmı və Yaponiya altı gün ərzində təslim olmuşdu.

Amerikalıların əksəriyyəti bombardmanlara müharibənin sona çatdırılması, amerikalılar və yaponların həyatını qorumaq üçün zəruri bir addım kimi baxır. Lakin tarixçilər bu baxışı sual edir. Yaponlar isə bu dəlillərin əsassız olduğunu düşünür.

2009-cu ildə nüvə silahlarının yayılmaması məsələsində mövqeyinə görə Nobel Sülh mükafatına layiq görülmüş Obama Yaponiyanın əsas müttəfiqlərindən biri olan Vaşinqton və Tokio arasında münasibətlərin hazırkı durumuna diqqət çəkməyin vacib olduğunu hesab edir.

"Fikrimcə, bu, keçmiş düşmənlərin dünyada ən yaxın tərəfdaş və ən yaxın müttəfiqlər olması haqda yaxşı bir tarixdir"-deyə o bildirib.

"Mənim vəzifə müddətimə bir neçə ay qaldığı üçün mən fikriləşirəm ki, bu, mənə müharibənin nə olduğu haqda düşünmək imkanı verəcək. Məqsədlərimdən biri müharibə zamanı günahsız insanların çox böyük əziyyətlər çəkdiyini dərk etməkdir."

Tənqidçilər hesab edir ki, Obamanın üzrxahlıq etməməsi Yaponiyaya özünü qurban kimi göstərməsi üçün əsas verəcək.

Obama deyib ki, Hiroşimaya səfər müharibənin ağır itkilərlə nəticələndiyi haqda düşünməyə imkan verəcək.

"Mənim vəzifə müddətimə bir neçə ay qaldığı üçün mən fikriləşirəm ki, bu, mənə müharibənin nə olduğu haqda düşünmək imkanı verəcək. Məqsədlərimdən biri müharibə zamanı günahsız insanların çox böyük əziyyətlər çəkdiyini dərk etməkdir"-deyə Obama bildiirb.

"Və bu, təkcə keçmişə aid deyil. Bu hazırda dünyanın bir çox yerlərində baş verir"-deyə prezident Obama əlavə edib.

XS
SM
MD
LG