Accessibility links

Barak Obama Hirosima atom bombası qurbanlarının xatirəsini anıb


Hirosima atom bombası qurbanlarının xatirəsini anan ABŞ prezidenti Barak Obama deyib ki, bəşəriyyət bu kimi faciələrə bir daha yol verilməməsinin məsuliyyətini daşıyır.

“Biz bu şəhərdə bomba hücumunu təsəvvür etməyə çalışırıq. Biz uşaqların o an nə yaşadıqlarını təsəvvürümüzdə canladırmağa çalışırıq. Biz səssiz göz yaşlarını dinləyir, müharibələrin günahsız qurbanlarının xatirəsini anırıq”-deyə ABŞ dövlət başçısı bildirib.

Biz səssiz göz yaşlarını dinləyir, müharibələrin günahsız qurbanlarının xatirəsini anırıq

​1945-ci ilin avqust ayının 6-da ABŞ-ın döyüş təyyarəsi tarixində ilk dəfə olaraq atom hücumu həyata keçirib.

İkinci Dünya Müharibəsi zamanı həyata keçirilən bu hücum nəticəsində on minlərlə insan radiasiyaya məruz qalıb.

Prezident və Yaponiyanın baş naziri Şinzo Abe Hirosimaya birgə səfər edib.

Barak Obama bu şəhərə səfər edən ilk America prezidentidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG