Accessibility links

Barak Obama sonuncu dəfə illik hesabat məruzəsi ilə çıxış edəcək


ABŞ prezidenti yeddinci və sonuncu dəfə illik hesabat məruzəsi ilə çıxış etməlidir. Barak Obama Konqres və Amerika ictimaiyyəti qarşısında təkcə vəzifədə olduğu müddət üçün deyil, ABŞ-ın gələcəyinə dair fikirlərini səsləndirəcək.

“Biz əldə etdiyimiz nailiyyətlər, cari ildə qarşıya qoyulan məqsədlərdən əlavə, gələcək illərdə bərabər görüləcək işlərdən danışmalıyıq. Ən mühümü isə gələcək nəsillərə daha firavan və daha güclü bir Amerika yaradılmasıdır”- deyə ABŞ dövlət başçısı bildirib.

NİKBİN OBAMA

ABŞ prezidenti Amerikanın irəlilədiyi kursla bağlı nikbinliyini dilə gətirib. O, bunu yanız 2016-cı ilin nailiyyətləri ilə deyil, qarşıdan gələn illərlə bağlı müvəffəqiyyətlərlə izah edib.

Ağ Evin sözçüsü Coş Ernest deyib ki, Amerika iqtisadi tənəzzüldən dirçəlib və iqtisadi baxımdan geriləmə yaşanan dünya ölkələri ilə ciddi kontarst təşkil edir.

Barak Obama ictimai kolleclərdə pulsuz təhsil, kibernetika təhlükəsizliyinin möhkəmləndirilməsi kimi gələcək planlarını açıqlayacaq.

ABŞ dövlət başçısı qanunvericiləri vəzifə müddəti başa çatanadək görülməmiş işləri bitirmyə çağıracaq. Bunlara Trans-Sakit Okeanı Tərəfdaşlığına dair ticarət razılığının təsdiqi və Quantanamo məhbəsinin bağlanması daxildir.

NAİLİYYƏTLƏR

Ağ Ev rəsmilərinin bildirdiyinə görə, hesabat məruzəsi zamanı prezident nailiyyətlərindən uzun-uzadı danışmayacaq. Prezidentin 2009-cu ildə hakimiyyətə gəldiyi müddətdən bu günə kimi ölkənin keçdiyi yoldan bəhs edəcəyi gözlənilir.

“Hazırkı işimiz son 70 ay ərzində 14 milyon yeni iş yerinin açılmasıdır. Biz məktəblərimiz və təhsil ödənişlərində yeniliklərə nail olmuşuq. Biz təmiz enerji sahəsinə investisiya qoyuluşu və aşağı karbonlu gələcək yolunda irəliləyirik”-deyə Obama yanvarın 9-da həftəlik müraciəti zamanı bildirib.

Ötən illərdə olduğu kimi prezident məruzəsindən dərhal sonra Luiziana və Nebraska ştatlarına səfərə çıxaraq, bu ştatlarda əldə edilən nailiyyətlərə diqqət verəcək.

Qlobal müstəvidə isə ABŞ prezidentinin Kuba ilə əlaqələrin normallaşması, İranla nüvə və Parisdə iqlim dəyişikliyi razılığı əldə edilməsi kimi diplomatik inkişaflardan danışacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG