Accessibility links

Ağ Ev mühacirətə dair plan hazırlayır



ABŞ-ın nüfuzlu qəzetlərindən biri olan “USA Today” Ağ Evin qeyri-qanuni mühacirlərin səkkiz il ərzində yaşamaq icazəsi almasına imkan verən mühacirət planı üzərində işlədiyi haqda məlumat verib.

Qəzetin yazdığına görə, planda ABŞ-dakı 11 milyon qeyri-qanuni mühacirin yeni tipli “potensial qanuni mühacir” vizası üçün müraciət etməsinə imkan verilməsi nəzərdə tutulur. Viza haqda ərizə qəbul edildiyi halda, onlar ABŞ-dan kənarda yaşayan ailə üzvləri üçün müvəqqəti qanuni status üçün müraciət edə bilərlər.

“USA Today” qəzetinin verdyi məlumata görə, Ağ Evin hazırladığı plana əsasən, qeyri-qanuni mühacirlərin əvvəllər cinayət törədib-törətmədiyi yoxlanılacaq, onlar haqda bio-metrik məlumatları toplanacaq və yeni viza üçün rüsüm onlardan rüsum alınacaq. Təsdiq olduqda onlara ABŞ-da dörd il müddətində qanuni yaşamaq və işləmək, habelə ölkəni qısa müddətə tərk etmək icazəsi veriləcək. Dörd ildən sonra mühacirlər müddətin uzaldılması üçün müraciət edə bilərlər.

İngilis dilini, ABŞ tarixi və hökumət quruluşunu öyrəndikləri, habelə əvvəlki illərə görə vergiləri ödədikləri halda səkkiz ildən sonra mühacirlər ölkədə daimi yaşamaq üçün müraciət edə biləcəklər.

Deportasiya olunmaq təhlükəsi ilə qarşılaşan mühacirlərin də yeni viza üçün müraciət edə bilməsinə imkan veriləcək.

ABŞ prezidenti Barak Obama deyib ki, Konqres mühacirət islahatlarını vaxtında həyata keçirə bilməsə, o öz təkliflərini qanunvericilərə göndərib onların dərhal səs verməsini istəyəcək.

Respublikaçı senator Marko Rubio Ağ Evin mühacirət planını tənqidlə qarşılayıb. O deyib ki, təklif Konqresə çatan kimi əhəmiyyətini itirəcək, çünki plana görə ABŞ sərhədləri müdafiə olunmamış qalır və burada ölkəyə qüyri-qanuni gələn mühacirlərə üstünlük verilir.

Konqresin hər iki palatası-həm Nümayəndələr Palatası, həm Senat mühacirətə dair öz qanun layihələrini hazırlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG