Accessibility links

Ağ Ev ABŞ prezidenti Barak Obamanın prezident səlahiyyətlərindən istifadə edərək qəbul edəcəyi mühacirətlə bağlı planının detallarını cümə axşamı açıqlayacağını təsdiq edib. Ağ Evin sözçüsü Coş Ernst bildirib ki, prezident Barak Obama mühacirət islahatları ilə bağlı cümə axşamı xalqa müraciət edəcək.

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Ceh Conson müxbirlərə prezident Obamanın mühacirət islahatları qanununun əhatəli olacağını və sərhəd təhlükəsizliyini də əhatə edəcəyini deyib.

Mühacirət islahatlarına dair qanun Senatda səsvermədən keçib, Nümayəndələr Palatasında təsdiq edilməyəndən sonra cənab Obama bu ilin əvvəli qanunun qəbul edilməsi üçün prezident səlahiyyətlərindən istifadə edəcəyinə söz verib.

Bəzi mətbuat orqanları bildirir ki, bu sərəncam 5 milyon qanunsuz mühacirin deportasiya edilməsilə bağlı qorxuları aradan qaldıracaq, sərhəd təhlükəsizliyini möhkəmləndirəcək və uşaq vaxtı ABŞ-a gətirilən sənədsiz insanların statusunun qanunlaşdırılmasına kömək edəcək.

XS
SM
MD
LG