Accessibility links

İnaqurasiya nitqində Barak Obama Amerikanı birliyə səslədi [Fotoqalereya]


ABŞ prezidenti Barak Obama ictimaiyyət qarşısında and içdi. İnaqurasiya nitqində prezident Obama ikinci dönəm hakimiyyəti müddətində həyata keçirəcəyi proqramlar və hədəflər haqda danışdı və Amerika xalqını vəhdətə səslədi.

Amerikanın 57-ci andiçmə mərasiminin aparıcısı senator Çarlz Şumer ABŞ-ın dəyərləri, maraqları və məqsədlərindəın danışaraq, Amerikanın daim irəliləyiş yolunda olduğunu vurğuladı.
Biz ölkəmizlə başqaları arasındakı fərqləri dinc yolla həll etməyə çalışmalıyıq, ona görə yox ki, üzləşdiyimiz təhlükələrə sadəlövh yanaşırıq, çünki təmaslar şübhə və qorxunu daha effektiv şəkildə aradan qaldıra bilər.
Barak Obama, inaqurasiya nitqi


ABŞ konstitusiyasına əsasən prezidentlər yanvar ayının 20-də and içməlidirlər. Bu il bu tarix bazar gününə təsadüf etdiyi üçün ənənəvi ictimai mərasim yanvar ayının 21-i keçirildi. Amerikanın 44-cü prezidenti ABŞ-ın baş hakimi Con Roberts qarşısında, birinci xanım Mişel Obamanın ailəsinə məxsus İncil üzərində and içdi.

Obama iki tarixi İncil -19-cu əsrdə Abraham Linkolnun, digəri isə 1968-ci ildə sui-qəsdin qurbanı olan vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin İncili üzərində and içib.
Andicmə mərasimi Martin Lüter Kinqin ad gününə təsadüf edir.

Bügünkü mərasim keçən dəfəki mərasimlə müqayisədə o qədər də möhtəşəm olmadı. Obamanın ilk andiçmə mərasiminə 2009-cu ildə 2 milyona yaxın insan toplaşmışdı. Bu il iştirakçıların sayı 800 min nəfər idi.
Ölkəmiz bir ovuc adamın yaxşı yaşadığı, yerdə qalanların isə güclə dolandığı halda müvəffəq ola bilməz!
Barak Obama, inaqurasiya nitqi


Çıxışı zamanı Barak Obama amerikalıları birliyə səslədi. ABŞ dövlət başçısı Amerika konstitusiyasının həyat, azadlıq və xoşbəxtlik hüquqlarının təminatından danışdı. O dedi ki, hər bir vətəndaşın təhlükəsliyi və ləyaqətinin müdafiəsi üçün ölkənin yeni ölçülərə əl atmasına ehtiyac var.

Prezident bahalı səhiyyə xərcləri və defisitin azaldılması üçün ağır seçimlər edilməli olduğunu qeyd etdi. Cənab Obama dünyada davamlı sülhün bərqərar edilməsinin müharibələr tələb etmədiyini bildirdi. Prezident Amerikanın yer üzündə hər zaman demokratiyanı dəstəkləyəcəyini vurğuladı.
Nə qədər ki, Amerikaya imkanlar torpağı kimi baxan çalışqan və ümidli mühacirləri ölkəmizdə qarşılamağın daha yaxşı yolunu tapmamışıq; nə qədər ki, ölkədən deportasiya olunmaq əvəzinə ağıllı gənc tələbələr və mühəndislər əməkçi qüvvəyə səfərbər olunmur, bizim səyahətimiz bitməyib.
Barak Obama, İnaqurasiya nitqi


Ənənəvi inaqurasiya müraciətindən sonra ABŞ dövlət başçısı İnaqurasiya paradına qatılıb.

Prezident onun şərəfinə təşkil edilən iki rəsmi balda iştirak edəcək. 2009-cu ildə 10 bu kimi ziyafət keçirilmişdi.

İkinci dönəm prezident seçkilərinin qalibi Barak Obama dünən Ağ Evdə keçirilən özəl mərasimdə rəsmən and içərək vəzifəsinə başlayib.
XS
SM
MD
LG