Accessibility links

Obama: İqlim dəyişikliyi məsələsinin həlli iqtisadi və təhlükəsizlik baxımından zərurətdir


ABŞ prezidenti Barak Obama Parisdə BMT-nin İqlim sammiti çərçivəsində müxbirlərlə keçirdiyi mətbuat konfransı zamanı

ABŞ prezidenti Barak Obama Parisdə BMT-nin İqlim sammiti çərçivəsində müxbirlərlə keçirdiyi mətbuat konfransı zamanı

ABŞ prezidenti Barak Obama deyib ki, iqlim dəyişikliyi məsələsinin həlli üçün fəaliyyətə keçmək iqtisadi və təhlükəsizlik baxımından zəruridir.

"Dünyanın bu sürətlə istiləşməsinə, dəniz suyunun səviyyəsinin bu sürətlə qalxmasına və hava şəraitinin ən gözlənilməz şəkildə dəyişməsinə imkan versək, biz iqtisadi və hərbi resurslarımızı insanlar üçün imkanların artması deyil, daha çox planetdəki dəyişikliyin nəticələrinin aradan qaldırılmasına sərf etməli olacağıq"-deyə Amerika lideri bildirib.

Obama bu açıqlamaları Parisdə BMT-nin İqlim sammiti çərçivəsində müxbirlərlə keçirdiyi mətbuat konfransı zamanı verib. Dünya liderləri Paris konfransında hava temperaturunun sənaye inqilabı dövrü ilə müqayisədə iki dərəcə Selsidən çox yuxarı qalxmaması üçün görüləcək tədbirlər üzərində işləyir.

ABŞ prezidenti iqlim dəyişikliyini olduqca böyük və nəsillərə təsir göstərən bir problem adlandırıb. O bildirib ki, iqlim dəyişikliyi "hər hansı bir siyasi sistem üçün çətin bir problemdir", çünki o tədricən baş verir və onun ölçülməsi çox vaxt mümkün olmur.

Lakin Obama iqlim dəyişikliyi probleminin həll edilə biləcəyi və dünya liderlərinin Parisdə iki həftə sürəcək müzakirələrin nəticəsi olaraq havaya çirkli tullantıların azaldılmasına dair hədəflərlə bağlı razılıq əldə edə biləcəklərinə dair nikbinliyini ifadə edib.

"Mən əminəm ki, biz burada böyük işlər görə biləcəyik. Onu yadınızda saxlayın ki, heç kəs Parisə iqlimlə bağlı ciddi hədəflərlə 180 ölkənin gələcəyini gözləmirdi"-deyə Obama iki günlük səfərini başa çatdıraraq, Vaşinqtona yola düşməzdən əvvəl bildirib.

XS
SM
MD
LG