Accessibility links

Barak Obama iqlim dəyişikliyinə dair yeni planını açıqlayıb [Video]


Barak Obama iqlim dəyişikliyinə dair yeni planını açıqlayıb
please wait

No media source currently available

0:00 0:02:36 0:00
İqlim dəyişikliyi və planetimizin istiləşməsi ABŞ prezidentinin gündəliyində yer alan əsas məsələlərdəndir. Vaşinqtonda yerləşən Corc Taun Universitetindəki çıxışı zamanı ABŞ dövlət başçısı karbon qazı tullantılarının azaldılmasına dair fikirlərini diqqətə çatdırıb. O deyib ki, qlobal istiləşməyə dair debatlar artıq mahiyyətini itirib. “Planet istiləşib. Buna insanların fəaliyyəti səbəb olub. İndi sual gec olmadan işə başlayıb-başlamamaqdadır.”

Prezident deyib ki, o, hökumətinin enerji zavodlarının buraxdığı karbon diaksid qazı ilə bağlı qaydalar tətbiq etməsini istəyir. “Bu şirkətlər havaya istənilən qədər qaz tullantısı buraxa bilir. Lakin bu doğru deyil. Bu təhlükəsiz də deyil. Buna son qoyulmalıdır.”

Barak Obama Konqresin onun ətraf mühitlə bağlı planını rədd etməsindən sonra indi yenidən planının təsdiqinə çalışır.
Senatın respublikaçı azlığının lideri Mitç Makkonnel karbon qaydalarının tətbiqinin enerji vergiləri ilə hesablandığını deyir.

Daş kömür istehsalçısı olan Kentuki ştatının nümayəndəsi prezidenti xarici ölkələrdə daş kömürdən istifadə edən zavodların subsidiyalarının kəsilməsi çağırışına ğörə də tənqid edir. “Mədənlərə müharibə elan etmək iş yerlərinə qarşı müharibə deməkdir. Bu, iqtisadi çətinliklərlə üzləşən amerikalıların ayağının altının qazılması deməkdir.”

Bu ayın əvvəllərində prezident Obama dünyanın ən böyük hava çirklədəni Çinin prezidenti ilə soyuducular və kondisionerlərdə istixana qazlarının istifadəsinə son qoyulması barədə razılıq əldə edib.“Biz rəqabər aparmaqla yanaşı, Çinlə planeti bölüşürük. Planetimizi insan üçün yararlı yer kimi saxlamaq hər kəsin məsuliyyətidir. Əks təqdirdə ziyanı birlikdə çəkəcəyik.”

Prezidentin təşəbbüsünə günəş və külək enerjisi layihələrindən daha artıq istifadə edilməsi də daxildir.

Planda nəzərdə tutulduğuna görə, yanacaq işlədən avtomobillərin dövlət standartları yüksəldiləcək və federal pullar təbii fəlakətlərlə üzləşən yerli hökumətlərə veriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG