Accessibility links

ABŞ prezidenti Barak Obama deyib ki, federal kontraktorların işçilərə saatına ən az 10.10 dollar ödəməsini tələb edən onun bu həftə imzaladığı sərəncəm insanlar üçün yeni imkanları bərpası istiqamətində irəliyə doğru addımdır.

Prezident bu gün həftəlik müraciətində bu federal kontraktorlar "hərbçilərinə yemək hazırlayan, onların qablarını yuyan və veteranlarımızın qayğısına qalan" işçiləri olduğunu deyib.

Cənab Obamanın sözlərinə görə, son 4 ildə iqtisadiyyat inkişaf etsə də, orta təbəqənin əmək haqlarında heç bir artım müşahidə edilməyib. O, bunun əvəzində imkanlıların gəlirlərini qat-qat artırdığını vurğulayıb.
XS
SM
MD
LG