Accessibility links

ABŞ prezidenti dövlət xərclərində ixtisarların iqtisadiyyata zərər vurduğunu deyib


ABŞ prezidenti Barak Obama mart ayında qüvvəyə minən dövlət xərclərində ixtisarların Amerika iqtisadiyyatını zərər vurduğunu bildirib.


Dövlət xərclərinin ixtisarı cənab Obama və respublikaçılar arasında vergilər və xərclərə dair planlarla bağlı razılıq əldə edə bilməməsindən sonra başlayıb. Razılığın əldə edilməməsi bəzi dövlət işçilərinin məzuniyyətə göndərilməsi və dövlət proqramlarında avtomatik ixtisarların başlamasını nəzərdə tutur.

Cənab Obama mətbuat konfransında bildirib ki, Konqres üzvləri onu ixtisarların təsirini şişirtməkdə ittiram ediblər. O, ixtisarların iqtisadiyyata təsirləri haqda dediklərinin təsdiqləndiyini deyib.

Təxminən 1500 hava nəqliyyatı nəzarətçisi keçən həftə məcburi məzuniyyətə göndərilib. Konqres ölkə daxilində uçuşlarda yaranan gecikməyə görə bu qərarı ləğv edib .

ABŞ prezidenti hava limanlarının təmiri üçün nəzərdə tutulmuş vəsaitin hava nəqliyyatı nəzarətçilərinə ödənilmək üçün ayrıldığı üçün mətbuat konfransı zamanı bu addımı tənqid edib.

Əvvəlki illər olduğu kimi prezident Konqresi ölkənin artan borcunun qarşısını ala biləcək təhsil və elmi araşdırmaları təşviq edən proqramlara investisya qoyulmasında razılığın əldə olunmasına çağırıb.
XS
SM
MD
LG