Accessibility links

Ağ Ev: İranın Hörmüz boğazı ilə bağlı xəbərdarlığı onun zəifliyini göstərir


Ağ Ev: İranın Hörmüz boğazı ilə bağlı xəbərdarlığı onun zəifliyini göstərir
Ağ Ev: İranın Hörmüz boğazı ilə bağlı xəbərdarlığı onun zəifliyini göstərir

ABŞ prezidenti Barak Obamanın mətbuat katibi Cey Karni deyib ki, İranın xəbərdarlığı hökumətin daha təcrid olunmuş bir vəziyyətə düşdüyünü nümayiş etdirir

Obama administrasiyası İranın ABŞ-ın təyyarə daşıyan gəmisinin İran körfəzinə daxil olmamasına dair xəbərdarlığına əhəmiyyət verməyərək, bunun İran hökumətinin gücsüzlüyünü nümayiş etdirdiyini bildirib. Ağ ev rəsmiləri Tehrana qarşı sanksiyaların təsirli olduğunu deyir.

ABŞ prezidenti Barak Obamanın mətbuat katibi Cey Karni deyib ki, İranın xəbərdarlığı hökumətin daha təcrid olunmuş bir vəziyyətə düşdüyünü nümayiş etdirir: “Fikrimcə, bu onu göstərir ki, İran zəif bir mövqedədir. Bu, İran tərəfindən növbəti hədə kampaniyasıdır və Tehranın beynəlxalq təəhhüdlərə əməl etmədiyinə görə, daha artıq təzyiq altında qaldığına sübutdur.”

İran silahlı qüvvələrinin komandanı çərşənbə axşamı ABŞ-ın USS Con Stennis təyyarə daşıyan gəmisinə İran körfəzinə qayıtmamaq barədə xəbərdarlıq edib. O deyib ki, İran təhlükə kimi qiymətləndirdiyi vəziyyətdə cavab verməyə hazırdır.

Pentaqon rəsmiləri xəbərdarlığa Birləşmiş Ştatların müəyyən olunmuş cədvələ əsasən regiona müntəzəm şəkildı hərbi gəmilər göndəriləcəyini deməklə cavab verib.

ABŞ-ın Hərbi Dəniz Donanması keçən həftə bildirmişdi ki, təyyarə daşıyan gəmi planlaşdırıldığı kimi Hörmüz boğazını tərk edib.

İran həmçinin Qərbin ölkənin mübahisəli nüvə proqramı ilə əlaqədar sanksiyalarına cavab olaraq Yaxın Şərqdə neft ixrac edən ölkələr üçün əsas nəqliyyat yolu olan Hörmüz boğazını bağlayacağı ilə hədələmişdi.

İran Hörmüz boğazı yaxınlığında hərbi dəniz qüvvələrinin təlimini keçirib.

Ağ evin mətbuat katibi Cey Karni deyib ki, bu bəyanatlar diqqəti İranın davranışı və daxili problemlərdən yayındırmaq cəhdləridir: “İran təcrid olunub və öz davranışı və ölkə daxili problemlərdən diqqəti yayındırmağa çalışır. Bu, sadəcə olaraq İrana qarşı tətbiq olunmuş sanksiyaların təsirləri, eləcə də İrana təzyiq göstərmək və İranın beynəlxalq təəhhüdlərinə əməl etməməsinə görə onu təcrid etmək üçün geniş beynəlxalq dəstəklə əlaqədar göstərilən cəhddir.”

Cey Karni deyib ki, sankisyalar İran iqtisadiyyatına artıq uzun müddətdir öz təsirini göstərir: “Mən noyabr ayında da, dekabr ayında da burada dayanıb İran iqtisadiyyatının təcrid edilməsinin aşkar təsirləri və sanksiyaların İran rəhbərlərinin sözləri və elə iqtisadiyyatından özündən də gördüyümüz kimi göstərdiyi təsirlər haqda danışmışam. Bu təsirlər davam edir və buna daha çox işarələr var.”

Cey Karni çərşənbə axşamı günü Vaşinqton Post qəzetində dərc olunmuş məqaləyə toxundu. Məqalədə deyilir ki, şənbə günü İranın mərkəzi bankı ilə əlaqədar olan maliyyə qurumlarına qarşı sanksiyaların tətbiq edilməsindən sonra İranın valyutası ABŞ dolları qarşılışında dəyərini daha da çox itirib. Vaşinqton Post yazır ki, mərkəzi bank İran rialının bir qədər dəyərini artıra bilməsi üçün yerli bazarlara külli miqdarda dollar çıxarıb.

XS
SM
MD
LG