Accessibility links

Prezident Konqresin demokrat üzvlərinə məktub gönədrib

ABŞ prezidenti Barak Obama Konqres üzvlərini İranla nüvə razılığını dəstəkləməyə çağırmaqda davam edir. O, Tehranın sazişin şərtlərinə əməl etmədiyi təqdirdə ABŞ-ın İrana qarşı hərbi əməliyyat həyata keçirə biləcəyini və ya sanksiyaları bərpa edə biləcəyini vurğulayıb.

İran nüvə silahına doğru getsə, Birləşmiş Ştatlarının hərbi müdaxilə daxil olmaqla bir neçə variantı olacaq

“İran nüvə silahına doğru getsə, Birləşmiş Ştatlarının hərbi müdaxilə daxil olmaqla, bir neçə variantı olacaq,” deyə Obama Nümayəndələr Palatasının üzvü, nyu-yorklu demokrat Cerrold Nadelrə yazdığı məktubda bildirib.

Məktubda həmçinin ABŞ-ın raketə qarşı müdafiə üçün İran və dünya qüdrətləri arasında razılığın əleyhinə çıxış edən İsrailə ayrılan vəsaitlərin artırılacağı bildirilib.

Obamanın məktubu tanınımış demokrat senator Robert Menendezin Konqresdə keçiriləcək səsvermə zamanı İranla nüvə razılığının əleyhinə səs verəcəyəni açıqladığı həftə göndərilib. Respublikaçılar isə artıq razılığın qarşını alacaqlarına vəd edib.

İki Demokrat razılığın əleyhinədir

“Əgər İran nüvə bombası hazırlayırsa, mən bunun altına imza atmayacam,” deyə Menendez bildirib. “Mən razılığın əleyhinə və hətta lazım olsa prezident vetosunun ləğv olunmasına da səs verəcəm,” deyə o bildirib.

Menendez Obama administrasiyasını razılığın əsas elementlərini müzakirə etmək üçün yenidən danışıqların başlamasına çağırıb. Lakin Obama adminstrasiyası bunun qeyri-mümkün olduğunu bildirib.

Robert Menendez

Robert Menendez

Ötən ay Nyu-York senatoru Çak Şumer -üçüncü ən yüksək profilli demokrat- nüvə razılığının əleyhinə səs verəcəyini və digər senatorları da onun kimi səs vermələri üçün razı salmağa çalışacağını deyib.

Nümayəndələr Palatası və Senat nüvə razılığının əleyhinə səs verdiyi təqdirdə Obama veto qoyacağını vəd edib. Konqresin birlikdə vetonu aradan qaldırmaq üçün tələb olunan səslərə sahib olub-olmadığı isə məlum deyil.

İran və dünyanın altı qüdrəti – Britaniya, Çin, Fransa, Almaniya və Rusiya- arasında əldə olunan razılığa əsasən İran bomba düzəldə bilməmək məqsədilə uranın zənginləşdirliməsi prossesini azaltmalıdır və hərbi bazalarınının qapılarını beynəlxalq müfəttişlərə açmalıdır ki, onlar İranın şərtlərə əməl etdiyindən əmin olsunlar. Müqabilində isə altı dünya qüdrəti İranın iqtisadiyyatını dağıdan sanskiyaları yüngülləşdirəcək.

Əlavə razılıq

Bu həftənin əvvəli Associated Press hesabatında bildirib ki, BMT-nin nüvə nəzarətçisi və Tehran arasında əldə olunan əlavə razılıq layihəsinə əsasən məxfi Parçin nüvə təsisini İranın öz müfəttişləri yoxlayacaq.

Mən razılığın əleyhinə və hətta lazım olsa prezident vetosunun ləğv olunmasına da səs verəcəm,

AP bildirir ki, “Əlavə saziş II” adlanan razılıq normal prosedurlardan uzaqlaşır, çünki bu razılıq əsasında İran inkar etdiyi fəaliyyətlərini təftiş etmək məqsədilə öz ekspert və avadanlıqlarından istifadə edəcək və beləliklə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nəzarətində olarkən nüvə silahları inkişaf etdirməyə çalışacaq.

IAEA-nın rəhbəri Yukia Amano bu hesabatın heç bir əhəmiyyət kəsb etmədiyini deyib.

“Bu cür bəyanatlar bizim belə bir vacib yoxlamaya yanaşmağımızı təhrif edir,” deyə o bildirib.

Amano məxfi razılıqla bağlı məlumat verə bilməyəcəyini vurğulasa da, sazişin son versiyasının “texniki baxımdan əsaslı və agentliyin uzun müddətdən bəri bərqərar olunmuş qaydaları ilə uyğun olduğunu” deyib.

ABŞ Dövlət Departamenti isə bildirir ki, IAEA nüvə təftişləri ilə bağlı heç bir məsuliyyəti İrana həvalə etməyib.

XS
SM
MD
LG