Accessibility links

ABŞ prezidenti Barak Obama İranı nüvə müzakirələri imkanından istifadə etməyə, iqtisadi təcridinə son qoymağa, ABŞ-la yeni münasibətlərə çağırıb. Video müraciəti zamanı cənab Obama iranlıları Novruz bayramı münasibəti ilə təbrik edib.
ABŞ dövlət başçısı deyib ki, İranın nüvə məsələsində kompromizə getməsi son illər iranlıların üzləşdiyi ağır iqtisadi durumu yüngülləşdirə bilər.

Prezident dünyanın nüvə proqramının yalnız dinc mahiyyət daşıdığını göstərmək üçün İranın düşünülmüş addımlar ata biləcəyini vurğulayıb.

İran və 6 dövlətin keçirdiyi müzakirələr faydalı adlandırılıb. Danışıqlar aprelin 7-də Vyanada bərpa ediləcək.
XS
SM
MD
LG