Accessibility links

Baş nazir Məliki:ABŞ-ın əsgərləri İraqdan çıxarmaq qərarı hüquqi toxunulmazlıq məsələsi ilə bağlıdır


Baş nazir Məliki:ABŞ-ın əsgərləri İraqdan çıxarmaq qərarı hüquqi toxunulmazlıq məsələsi ilə bağlıdır
Baş nazir Məliki:ABŞ-ın əsgərləri İraqdan çıxarmaq qərarı hüquqi toxunulmazlıq məsələsi ilə bağlıdır

İraqın Baş naziri Nuri Əl-Məliki deyib ki, ABŞ İraq hökuməti Amerika hərbçilərinin hüquqi toxunulmazlıq statusu verməkdən imtina etdikdən sonra bu ilin sonuna qədər öz qüvvələrini ölkədən çıxarmaq qərarını verib. Cənab Məliki bu açıqlamanı ABŞ prezidenti Barak Obamanın hərbi qüvvələrin İraqda çıxarılmasını elan etməsindən bir gün sonra verib.

Birləşmiş Ştatlar İraq hərbi qüvvələrinə təlim vermək və İranın ölkədə nüfuzunun artmasının qarşısını almaq üçün İraqda qalan Amerika əsgərlərinin kiçik qrupunun hüquqi toxunulmazlığının təmin edilməsini istəmişdi.

Hazırda İraqda ABŞ-ın 39 min nəfərlik əsgəri qüvvəsi var. 2008-ci ildə Amerika əsgələrinin İraqda sayı 165 min idi.

Bu gün ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların İraqda üzərinə götürdüyü öhdəliklərdən geri çəkilməyəcəyinə söz verib. Xanım Klinton deyib ki, hərbi qüvvələrin ölkədən çıxarılması Vaşinqtonun Bağdadla münasibətlərində yeni dövrün başlandığını əks etdirir. O,ABŞ-ın regionda mövcudluğunu davam etdirəcəyini əlavə edib.

XS
SM
MD
LG