Accessibility links

Obama: İraqa hərbi deyil, humanitar yardım ediləcək


Prezident Barak Obama
Prezident Barak Obama

ABŞ prezidenti Barak Obama İraqa 205 milyon dollar məbləğində yeni humanitar yardımın ediləcəyini bildirib, lakin Baş nazir Hayder Əl-Abadinin istədiyi əlavə hərbi yardımla bağlı ictimaiyyət qarşısında bir söz deməyib.

Cənab Əl-Abadi ilə Ağ Evdə görüşdən sonra danışan cənab Obama İraq hərbi qüvvələrinin baş nazirin yeddi ay bundan əvvəl hakimiyyətə gəldiyi vaxtla müqayisədə hazırda daha yaxşı təchiz olunub təlim aldığını və ABŞ-ın hərbi hava hücumlarının köməyi ilə keçən il İslam Dövləti qrupu tərəfindən ələ keçirilən ərazilərin dörddə bir hissəsini geri ala bildiyini deyib.

Bununla belə, İraqın istədiyi əlavə hərbi yardıma gəldikdə cənab Obama bildirib ki, İraq hərbi qüvvələrinin uğurunu təmin etmək üçün ABŞ və İraq arasında hərbi koordinasiyanın yaxşılaşdırılır.

ABŞ prezidenti İranın İraqda İslam Dövləti qrupuna qarşı döyüşlərdə İranın iştirakı məsələsinin müzakirə edildiyini bildirib. Cənab Obama deyib ki, ABŞ iki qonşu ölkə kimi İraq və İranın vacib münasibətləri saxlayacağını gözləyir, lakin İraq daxilində hərbi əməliyyatlara Bağdad nəzarət etməlidir.

“İŞİD-i məğlub etməyə yönəlmiş hər hansı xarici yardım İraq hökuməti tərəfindən razılaşdırılmalıdır. Biz İraqın suverenliyinə belə hörmət edirik”-deyə cənab Obama bildirib.

ABŞ lideri ilə görüşdən öncə Baş nazir Əl-Abadi İraqın Birləşmiş Ştatlar təfərindən hərbi yardımı artırmasını istədiyini bildirib.

XS
SM
MD
LG