Accessibility links

Prezident Obama İraqda siyasi böhranın həllinə çalışır


Amerikanın aparıcı Foreign Policy jurnalının yazdığına görə, ABŞ prezidenti Barak Obama İraq şiələrinin ali ruhanisinə məktub göndərib

Amerikanın aparıcı jurnalının yazdığına görə, ABŞ prezidenti Barak Obama İraq şiələrinin ali ruhanisinə məktub göndərərək, ölkənin siyasi liderlərini yeni hökuməti formalaşdırmağa razı salmağa çağırıb.

Foreign Policy (Xarici Siyasət) jurnalının internet buraxılışında Ayətulla Əli Sistaninin ailə üzvlərinin mənbə olduğunu deyən adı çəkilməyən bir şəxsə istinad edilir.

Məktubun Sistaniyə İraq parlamentinin şiə üzvü tərəfindən çatdırıldığı bildirilir.

Ağ Ev hələlik məlumatla bağlı şərh verməyib.

İraqda mart ayında seçkilərdə aparıcı partiyalardan heç biri çoxluq əldə edə bilmədikdən sonra siyasi durğunluq yaranıb. Aparıcı iki qrup hakim koalisiyanı formalaşdırmaq uğrunda mübarizə aparır.

XS
SM
MD
LG