Accessibility links

ABŞ İraqda missiyanı genişləndirməli olacaqmı?


Obamanın İraq missiyası
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Birləşmiş Ştatlar İraqda böhranın həlli məqsədilə ölkədə ABŞ hərbçilərindən ibarət kontingent yerləşdirib. Obama administrasiyası İraqda yenidən müdaxilənin qaçılmaz olduğu bir missiyanın başlaya bilməsilə bağlı çətin suallar qarşısındadır.

Sünni üsyançıların İraqda daha çox şəhərə nəzarəti ələ alması ABŞ-ın ölkədə 300 nəfərdən ibarət hərbi kontingentinin kifayət olub-olmadığı ilə bağlı suallar verilir.

Prezident Obama Dövlət katibi Con Kerrini bu həftə islamçı üsyançılara qarşı mübarizədə birliyə nail olmaq üçün İraqa göndərmişdir.

ABŞ hərbi qüvvələrinin İraq hökumətinə üsyanı yatırmağa kömək məqsədilə dəstək verəcəyi gözləilir.

Ağ Evin sözçüsü Coş Örnst: “Administrasiya İraqın siyasi liderlərinin terror təhlükəsi qarşısında, İraqda bu gün mövcud olan ekstremist təhlükəsi qarşısında birləşdirə biləcək qərarlar verməsi üçün vaxtı olduğuna inanır.”

Döyüşə hazır hərbi müşavirlərlə yanaşı, prezident Obama ABŞ-ın Bağdaddakı səfirliyi və ölkədə Amerikanın maraqlarını təmsil edən başqa müəssisələri qorumaq üçün 275 əsgərin göndərilməsi haqda göstəriş verib

Amerika müşavirlərinin əsas işi İraqın zəif hərbi qüvvələrinin qabiliyyətini müəyyən etməkdən ibarətdir.

Prinston universitetinin professoru Culiyan Zelizerin fikrincə, administrasiyasının az sayda hərbçi göndərməsi bu işi çətinləşdirə bilər: “Minimum sayda 300 həbrçi göndərəndə və onlar daha artıq adam ehtiyac olduğunu deyəndə, prezidentin nə etmək lazım olduğunu müəyyən etmək üçün göndərdiyi adamların sözünə əhəmiyyət verməməsi çətindir.”

Professor Zelizer deyir ki, Vyetnam və Koreyada olduğu kimi az sayda hərbi kontingentin yerləşdirilməsi daha böyük əməliyyatlar üçün başlanğıc olur.

Culiyan Zelizer: “Hər dəfə missiya daha böyüyür, müdaxilə genişlənir. Belə vəziyyətlərə nəzarət etmək çətindir.”

Vəziyyətin mürəkkəb və ABŞ-ın bir dəfə artıq müdaxilə etdiyi İraqda belə bir limit qoymaq ən böüyk çətinliklərdən biridir.

XS
SM
MD
LG