Accessibility links

Obamanın qarşılaşdığı irqçilik problemi [Video]


ABŞ-ın Missuri ştatının Ferquson şəhərində irqi zorakılıqlar irqçiliklə şəxsi bağlantısı olan prezident Obamanın qarşılaşdığı əsas problemlərdən biridir. Bir çox amerikalı üçün Obamanın prezident seçilməsi ABŞ-ın irqi münasibətlərində dönüş nöqtəsi idi. ABŞ dövlət başçısı zorakılıqların aradan qaldırılması siyasətini proioriteti elan edib.

Ferqusonda prezident Barak Obamanın ümid etdiyi sabitlik yaxın görünmür.

Məzuniyyətini yarımçıq qoyaraq həftənin əvvəli Ağ Evə qayıdan prezident baş prokuror Erik Holderlə görüşüb. Erik Holder silahsız qaradərili gəncin ağdərili polis zabiti tərəfindən öldürülməsi faktının müstəqil şəkildə araşdırılmasına rəhbərlik edir.

Brifinqdə prezident insanları anlayışlı olmağa çağırıb: “Əlbəttə, bu, Ferquson icmasına çox pis təsir edir və onlar cavab istəyirlər. Ancaq mən bir-birimizin üzərinə qışqırmaqdansa, anlayışlı davranmağı yenidən xahiş edirəm. Bir-birimizi yaralamaqdansa, yaramızı sağaltmağa çalışaq”.

Həqiqətin aşkara çıxması ümidilə 18 yaşlı gəncin ailəsi autopsiyanın ilkin nəticələrini tələb ediblər.

Federal tibbi ekspertlər tərəfindən digər bir autopsiyanın keçirilməsinə isə baş prokuror Erik Holder göstəriş verib. Bu da həqiqətin ortaya çıxması və sabitliyin bərqərar olması məqsədi daşıyır.

Cənab Obama üçün bu, şəxs məsələdir. 2012-ci ildə başqa bir irqi zəminli insident zamanı silahsız qaradərili gənc Trayvon Martinin ölümündən sonra çıxış edən prezident ölkəsində irqi əlaqələr barədə bunları demişdi: “Amerikada çox az Afrika-Amerikalısı var ki, dükanda bazarlıq edərkən izlənilməsin. Mən də daxil. ABŞ-da çox az Afrika-Amerikalısı var ki, küçədə gəzərkən maşının qapısının bağlanması cıqqıltısını eşitməsin. Bu mənim də başıma gəlib, ən azı ABŞ senatoru olanadək.”

Qaradərili olmayanlarla müqayisədə yüksək həbslər və uşaq ölümlərilə, eləcə də aşağı gəlir və təhsil səviyyəsi ilə Hovard Universitetinin Afro-Amerikaşunaslıq Mərkəzinin rəhbəri professor Qreq Kar deyir ki, ABŞ-da irq münasibətlərində heç bir fundamental dəyişiklik baş verməyib.

Oval ofisin sahibi prezident Obamanın və baş prokuror Erik Holderin dərisinin rəngindən asılı olmayaraq, belə bir gözlənti var ki, bu kimi məsələlərin həlli istiqamətində hər hansı bir addım atılacaq. Buna baxmayaraq bu gözləntilər o qədər də yüksək deyil, çünki biz başa düşürük ki, Obamanın özünün də tez-tez xatırlatdığı kimi, o, qaradərili amerikalıların deyil, Amerika Birləşmiş Ştatlarının prezidentidir,” - deyə Qreq Kar bildirib.

Prezident Obama bəyan edib ki, o, davam edən müstəqil federal istintaqı aparan təhqiqatçılarla görüşmək üçün Ferqusona baş prokuroru göndərir.

Prezidentin sözlərinə görə, o, aşkara çıxarılacaq həqiqətlə Ferqusonda sülhün bərpa olunacağına ümid edir.

XS
SM
MD
LG