Accessibility links

Prezident Obamanın siyasi irsi [Video]


Prezident Obamanın siyasi irsi - 2015
please wait

No media source currently available

0:00 0:02:53 0:00

2015-ci ilin yanvar ayından etibarən Barak Obama Respublikaçıların hər iki palatasına nəzarət etdiyi Konqreslə işləməli olacaq. Cənab Obama bu il çox sayda yerli və qlobal problemlərin öhdəsindən gəlməyə çalışıb. Bəs prezidentliyinin son iki ilində olan ABŞ lideri güclü Konqres müxalifətinə baxmayaraq irsini qoruyub saxlaya biləcəkmi?

Seçicilər noyabrın 4-də səsvermə bülletenləri ilə mövqelərini bildirdilər. Onlar prezidentin mənsub olduğu partiyadan ABŞ Senatının çoxluğunu alaraq Respublikaçılara verdilər.

Mən təkrar olaraq prezidentliyə namizəd olmadığım üçün əsas məqsədim son iki ilim ərzində Amerika xalqı üçün əlimdən gələni etməkdir
Barak Obama

Ara seçkilərindən bir gün sonra prezident Obama Ağ Evin mətbuat korpusunun qarşısına çıxaraq sualları cavablandırdı. Bu sualların sırasına cənab Obamanın “lame duck” yəni artıq zəifləmiş prezident olması və ofisdəki son iki ildə edəcəyi dəyişikliklər daxil idi.

“Mən təkrar olaraq prezidentliyə namizəd olmadığım üçün əsas məqsədim son iki ilim ərzində Amerika xalqı üçün əlimdən gələni etməkdir.”

Cənab Obamanın edəcəklərindən biri də - ABŞ iqtisadiyyatını və orta təbəqəni dirçəltmək olacaq.

Keçmiş Obama administrasiya rəsmisi Karmel Martin Amerika Proqres Mərkəzinin əməkdaşıdır.

“O, bizi böyük tənəzzülün uçurumundan xilas edib. ABŞ-da artıq 50 aydır iş artımı davam edir, özəl sektorda 10 milyon yeni iş yeri açılıb, və işsizlik səviyyəsi altı ildə ən aşağı səviyyəyə enib. Ona görə də mən düşünürəm ki, bundan sonra da prezident Obama iqtisadiyyatı təkmilləşdirməyə davam edəcək.”

İqtisadiyyatdakı irəliləyişlərə baxamayaraq prezident Obamanın prezidentlik reytinqi ən aşağı səviyyədədir.

Amerika Universitetinin tarix professoru Allan Liktman.

“Obamanın prezident olduğu zaman ABŞ iqtisadiyyatında böyük böhran olmayıb. Heç bir böyük qalmaqal da olmayıb. Hər şey kifayət qədər yaxşı olub, amma yenə də insanlar narazıdırlar. Mən bəzən düşünürəm ki, amerikalılar sadəcə prezidentlərindən həddindən artıq çox şey gözləyirlər.”

Lakin prezidentin irsi baxımından Lixtman reytinqlərin əhəmiyyətli olmadığını deyir.

O bildirir ki, daha da qütbləşən siyasi mühitdə prezident Obama 2015 və 2016-cı illərdə xarici siyasətdə iz qoymaq üçün icraçı səlahiyyətlərindən istifadə edərək Konqresi yan keçəcək.

İranla nüvə razılaşması əldə etsə, bu Barak Obamanın böyük qələbəsi olacaq.
Allan Lixtman

“Obama artıq Çini iqlim dəyişikliyi ilə bağlı razılığa gətirib. Çin tarix boyu buna qarşı olub. Bu böyük nailiyyətdir. İranla nüvə razılaşması əldə etsə, bu Barak Obamanın böyük qələbəsi olacaq. Belə bir şey Cimmi Karterin İsrail və Misir arasında imzalamalarına gətirib çıxardığı Kemp Deyvid müqaviləsinə bərabər olacaq.”

Təhlilçilər prezidentin əbədi irs qoya bilməsi üçün iki ilin yetərli olduğunu və Barak Obamanın bunu edə biləcəyini deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG