Accessibility links

Terrorçu təşkilat Brüsseldə 31 nəfərin ölümünə səbəb olan hücumun məsuliyyətini üzərinə alandan bir gün sonra prezident Barak Obama İslam Dövlətini məhv etməyin onun “ən başlıca prioriteti” olduğunu deyib.

Biz, millətimiz, irqimiz, dinimizdən asılı olmayaraq terrora qarşı birlik olmalıyıq,

Argentinada çıxış edən Obama “hücumu həyata keçirənləri ədalətə cəlb etmək yolunda dost və müttəfiq Belçikanı dəstəkləmək üçün əlindən gələni edəcəyini” qeyd edib.

“Bu, bir daha göstərir ki, dünya bir araya gəlməlidir. Biz, millətimiz, irqimiz, dinimizdən asılı olmayaraq terrora qarşı bir olmalıyıq,” deyə Obama bildirib. “Mənim əsas məqsədim İŞİD-məğlub edib, dünyada baş verən bu terrorun qarşısını almaqdır.”

İŞİD çərşənbə axşamı Brüsseldə hava limanı və metroda baş verən bomba hücumunu Belçikanın İslam Dövlətinə qarşı mübarizə aparan koalisiyadakı iştirakına görə qisas adlandırıb.

Brüssel aeroportunda partlayış

Brüssel aeroportunda partlayış

2014-cü ildən bəri koalisiya Suriya və İraqda, həmçinin digər Yaxın Şərq və Şimali Afrika ölklərində ekstremist həfələrə qarşı hava hücumları həyata keçirir.

ABŞ prezidentliyinə respublikaçı namizədlər Brüssel hücumu da daxil olmaqla, qrupun təşkil etdiyi son terror hücumlarının Ağ Evin İŞİD-ə qarşı lazımı tədbirlər görmədiyinin göstəricisi olduğunu iddia edir.

Öndə gedən namizəd Donald Tramp bu cür hücumların qarşısını almaq üçün açıq şəkildə onlara qarşı işgəncələrin tətbiqini təbliğ edib. Senator Ted Kruz “xalça bombardmanın” həyata keçirilməsi, habelə “müsəlman məhəllələrinə nəzarət olunması” təkliflərini irəli sürüb.

Belə ki, müsəlman amerikalılara qarşı diskriminasiya sadəcə səhv deyil, eyni zamanda səmərəsiz və Amerika dəyərlərinə ziddir, çünki belə etməklə bizim terrorizmə qarşı müqavimət göstərmək güccümüz azalacaq

Obama bu fikirləri “anti-amerikan” və “səmərəsiz” adlandırıb və amerikalı müsəlmanlarının “son dərəcə uğurlu, vətənpərvər və cəmiyyətə inteqrasiya olduqlarını” deyərək onları müdafiə edib.

“Onların övladları bizim övladlarımızla dostluq edir, eyni məktəblərdə oxuyur; onlar iş yerində bizim həmkarlarımızdır, onlar bizim azadlğımız uğrunda mübarizə edən əsgərlərimizdir. Belə ki, onlara qarşı diskriminasiya sadəcə səhv deyil, eyni zamanda səmərəsiz və Amerika dəyərlərinə ziddir, çünki belə etməklə bizim terrorizmə qarşı müqavimət göstərmək gücümüz azalacaq,” deyə Obama bildirib.

XS
SM
MD
LG