Accessibility links

Obama İŞİD-in itkilər verdiyini deyir [Video]


Prezident Barak Obama bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya və İraqda İslam Dövləti qrupuna qarşı irəliləyiş əldə edir. ABŞ prezidenti Milli təhlükəsizlik komandası ilə görüşdən sonra çıxışında amerikalıları militant qrupa qarşı mübarizənin getdiyinə bir daha əmin etmək istəyib.

İslam Dövləti qrupu Suriya və İraqda itkilər verir.

Bu, prezident Barak Obamanın mesajıdır. O, ABŞ-ın başçiliq etdiyi koalisiyanın militant qrupun ürəyindən vurduğunu deyir.

Prezident ekstemistlərə qarşı havadan və xüsusi əməliyyat qrupu vasitəsilə geri çekilməyə vadar etdiklərini bildirir. Obama militantların qadınlar, uşaqlar və kişilərdən qalxan kimi istifadə etdiyini deyib.

Barak Obama: “Biz amasız olmaqla yanaşı, İŞİD-i hədəf alarkən ağıllı olmalı və dəqiqliklə hərəkət etməliyik. Eyni zamanda, bizim quruda olan tərəfdaşlarımız İŞİD-in kökünü kəndbəkənd, məhəllə-məhəllə kəsir. Bizim kampaniyamız bundan ibarətdir.”

Pentaqonda milli təhlükəsizlik komandası ilə görüşdən sonra Obama Amerika ictimaiyyətinin narahatlığını ünvanlamağa çalışıb.

San Bernardinoda baş verən terror hadisəsini törədən cütlüyün İslam Dövləti militantlarından ilhamlandığı güman edilir.

Paris hadisələri də İslam Dövləti qrupuna qarşı əməliyyatların nə qədər müvəffəqiyyətli olduğunu sual altına alır.

Prezident bildirib ki, koalisiya qüvvələrinin İŞİD-ə qarşı əməliyyatları uğurla davam etdirilir. Lakin o, yeni strateqiya elan etməyib.

Emma Eşford: “Onlar nəsə etməyə çalışan kimi görünmək istəyir və bunun əslində pis strateqiya olduğunu düşünmürəm. Onlar Amerika xalqının yenidən əmin olmasını istəyirlər. Paris və Kaliforniya hadisələrindən sonra xalqda narahatlıq yaranıb və fikrimcə, bu narahtlığı ünvanlamağın yolu onları belə əmin etməkdir.”

Obama bildririb ki, İslam Dövləti qrupu əsas bölgələrdən uzaqlaşdırılıb və koalisiya qüvvələri onların liderlərini izləyir.

Barak Obama: “İŞİD liderləri gizlənə bilməz. Bizim onlara növbəti mesajımız budur: növbədə sizsiniz.”

Obama bildirib ki, koalisiya qüvvələri terrorçuları məğlub etməyə, onlara qarşı mübarizə aparan mötədil müxalifəti təlim və təchizatla təmin etməyə, qrupun maliyyələşidirlməsinin və təbliğatının qarşısını almağa davam edəcək.

XS
SM
MD
LG