Accessibility links

ABŞ prezidenti Barak Obama deyir ki, İŞİD yaraqlıları Suriyada yalnız siyasi razılıq olduğu təqdirdə məğlub edilə bilər.

Filippində keçirilən Asiya Sakit Okean Hövzəsi konfransını tərk etməmişdən əvvəl cənab Obama deyib ki, onların sığınacaqlarını məhv etmək illərlə vaxt alacaq.

Prezidentin sözlərinə görə, Suriyanın gələcəyində prezident Bəşar Əl-Əsədə yer yoxdur.

"Suriya əhalinin böyük bir qisminin onu qəddar və qatil diktator hesab etdiyi bir vaxt orada vətəndaş müharibəsinin dayanacağını təsəvvür etmək mümkün deyil".

Obama həmçinin yaxın günlərdə irəli sürüləcək Suriyaya dair qlobal sülh konfransı təşəbbüsünə nəzər salıb. Onun sözlərinə görə, danışıqlar müxalif qrupları müəyyən edə bilər. Bu qruplar yeni seçkilərdə mühüm qüvvə və keçid hökumətinin bir hissəsi ola bilər.

XS
SM
MD
LG