Accessibility links

Prezident Obama İŞİD-ə qarşı mübarizəni gücləndirəcəyini deyib [Video]


Cənab Obama siyasi və iqtisadi səylər olmadan heç bir hərbi qüvvənin İslam Dövləti qrupunu məğlub edə bilməyəci ilə bağlı xəbərdarlıq edib.

ABŞ prezidenti Barak Obama Pentaqonda milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə ABŞ-ın İslam Dövləti qrupuna qarşı mübarizə strategiyasının dəyişdirilməsi yollarını müzakirə edib.

Suriyada böyük fəallıq müşahidə edilir, ancaq bu fəaliyyətlərin heç biri bizə hədəflərimizə, bizim ifadə etdiyimiz siyasi məqsədlərimizə çatmağa kömək edə bilmir

Təhlükəzilik komandasının üzvləri ilə görüşəndən sonra prezident Barak Obama ABŞ-ın İŞİD-a qarşı mübarizəni sürətləndirəcəyini söyləyib. O, xüsusilə Suriyada İslam Dövləti qrupunun rəhbərləri və neft ehtiyatlarının hədəf alınacağını vurğulayıb.

“Mən öz komandama bildirmişəm ki, biz Suriyada mötədil müxalifətə təlim keçib, onları silahla təchiz etmək üçün daha çox səy göstərəcəyik.”

Bəzi təhlilçilər ABŞ-ın Suriyada rolundan razı deyil. Ekspert Brayan Kayulis Amerikanın Səsinə bildirib ki, Suriya cənab Obamanın anti-İŞİD strategiyasında ən zəif nöqtədir.

“Suriyada böyük fəallıq müşahidə edilir, ancaq bu fəaliyyətlərin heç biri bizə hədəflərimizə, bizim ifadə etdiyimiz siyasi məqsədlərimizə çatmağa kömək edə bilmir.”

ABŞ prezidenti Pentaqonda görüşü İŞİD kimi tanınan terrorçu qrupa qarşı bir neçə gündür aparılan hava hücumlarından sonra keçirib.

Biz Suriyada mötədil müxalifətə təlim keçib, onları silahla təchiz etmək üçün daha çox səy göstərəcəyik

İslam Dövləti qrupunun paytaxt elan etdiyi Raqqa şəhərində hava hücumu nəticəsində əsas tranzit marşrutu üzərində mühüm körpü dağıdılıb.

Prezident bildlirib ki, koalisiyanın həyata keçirdiyi 5 min hava hücumu ilə yerli qüvvələrin əməliyyatları İslam Dövləti qrupunu İraq və Suriyada geri çəkilməyə məcbur edib.

Bu əməliyyatlar nəticəsində Mosul Dam, Sincar dağı, Kərkuk və İrbil vilayətləri geri alınıb, hətta Suriyanın şimalında İŞİD üçün olduqca mühüm təchizat yolları bağlanıb.

“Bunlar İŞİD-in strateji zəifliyinin real olduğunun göstəriciləridir.”

Buna baxmayaraq, prezident Obama siyasi və iqtisadi səylər olmadan heç bir hərbi qüvvənin İslam Dövləti qrupunu məğlub edə bilməyəci ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG