Accessibility links

ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatların kəşfiyyat orqanlarının rəhbərləri İslam Dövləti kimi ekstremist qrupların Suriyanı nə dərəcədə zəiflədə biləcəyini kifayət qədər qiymətləndirə bilməyib.

CBS tele şirkətinə verdiyi müsahibə zamanı prezident Obama eyni zamanda, Vaşinqtonun İraq hərbi qüvvələrinin militantlara qarşı təkbaşına mübarizə aparmaq qabiliyyətinə düzgün qiymət verə bilmədiyini deyib.

ABŞ-ın başçılığı ilə Qərb və ərəb ölkələrinin daxil olduğu koalisiya İslam Dövləti qrupunun militantlarına qarşı Suriya ilə Türkiyə sərhəddi yaxınlığında hava hücumlarını bazar günü də davam etdirib. Bugünkü hücumlar zamanı əsas hədəflər militantlara böyük maliyyə axınını təmin edən neft email zavodları olub.

ABŞ rəsmiləri üç ildir vətəndaş müharibəsinin getdiyi Suriyada hazırkı rejimin İŞİD adı ilə tanınan qrupa qarşı hərbi kampaniyadan bəhrələnməyəcəyini bildirmişdi.

Lakin Suriyanın informasiya naziri Dəməşqdə müxbirlərə deyib ki, BMT Təhlükəsizlik Şurasının xürici döyüşçülərin ölkəyə daxil olmasına qadağa qoyulmasını nəzərdə tutan qətnaməsi Suriya üçün siyasi qələbədir.

XS
SM
MD
LG