Accessibility links

ABŞ prezidenti Barak Obama bildirib ki, İsraillə Həmas arasında qarşıdurmaların dayandırılması Həmasın İsrail ərazilərinə raket hücumlarını dayandırdığı təqdirdə mümkündür.

Prezident İsrailin üzünü müdafiə etmək hüququna malik olduğunu deyib. Cənab Obama İsrailin 5 gündür davam edən hava və dəniz hücumlarına son qoymasının vacibliyini vurğulayıb.

ABŞ dövlət başçısı İsrail, Misir və Türkiyə rəsmiləri ilə tərəflər arasında atəşkəs əldə edilməsi üçün bir neçə dəfə telefon müzakirələri keçirdiyini bildirib.
XS
SM
MD
LG