Accessibility links

ABŞ büdcəsinə dair razılıq hələ də əldə edilməyib


Economy Slow Down Predicted As Sequester Looms

Economy Slow Down Predicted As Sequester Looms

ABŞ-da cümə günü qüvvəyə minəcək “sequester” adlanan büdcə ixtisarının qarşısını almaq üçün demokrat və respublikaçı senatorların vaxtları daralır.

ABŞ prezidenti Barak Obama büdcə ixtisarının iqtisadiyyata ziyan vuracağını, minlərlə insanın işini itirəcəyinə və hərbi hazırlıqlara təsir edəcəyini deyir.

Dünən şirkət başçıları ilə şam yeməyində çıxış edən cənab Obama büdcə ixtisarının göstərəcəyi təsirləri açıqlayıb.

“Bu o deməkdir ki, sizin cibində pulu olan və sizin istehsal etdiyiniz məhsul və xidmətləri ala biləcək bir az müştəriləriniz var. Bu, tamamilə gərəksizdir. Bu bunu etməməliyik.”

Prezident Obama cümə günü Konqres liderləri ilə görüşməyi planlaşdırır. Millət vəkilləri ilə prezident arasında kompromisin əldə edilməsə büdcə kəsirini və milli borcları azaltmaq üçün $85 milyardlıq büdcə ixtisarı avtomatik qüvvəyə minəcək.

Ağ Ev bildirir ki, görüşdə avtomatik ixtisarlara qarşı atılacaq addımlar müzakirə olunacaq.

Respublikaçı senatorların çoxu vergi artımlarının əleyhinə, xərclərin ixtisarının lehinədirlər.

Dünən Senat Ağ Ev rəhbərliyinindən Cək Levi maliyyə naziri vəzifəsinə təsdiq edib. Levini büdcə ixtisarında ortaq fikrə gəlinməsində böyük rol oynayacağı gözlənilir.
XS
SM
MD
LG