Accessibility links

Prezident Obama Yaponiyaya bir daha dəstək bildirib

  • Amerikanın səsi

Prezident Obama Yaponiyaya bir daha dəstək bildirib

Prezident Obama Yaponiyaya bir daha dəstək bildirib

ABŞ prezidenti barak Obama Birləşmiş Ştatların Yaponiyaya dəstəyini bir daha ifadə edərək, təbii fəlakətdən sonra ölkəyə lazımi yardımı göstərməyə hazır olduğunu bildirib. O deyib ki, Birləşmiş Ştatlar Yaponiya xalqı ilə bu ağır günlərdə bir dayanacaq. ABŞ prezidenti yapon xalqını Birləşmiş Ştatların ən yaxın dostu və müttəfiqi kimi təsvir edib. O, Yaponiyanın Baş naziri Naoto Kana Birləşmiş Ştatların bacardığı lazımi yardımı əsirgəməyəcəyini dediyini bildirib. Bu gün açıqladığı bəyanatda Ağ Ev bildirir ki, prezident Obama Yaponiyada vəziyyətlə bağlı daim məlumatlandılır və Birləşmiş Ştatlar Yaponiyaya nüvə məsələləri və fəlakətdən sonra bərpa işləri üzrə mütəxəssislərin göndərilməsi daxil olmaqla yardım göstərir.

XS
SM
MD
LG