Accessibility links

Birləşmiş Ştatların birinci xanımı Mişel Obama inkişaf etməkdə olan ölkələrdə qızların təhsillərini başa çatdırmalarına yardım təşəbbüsünü həyata keçirmək məqsədilə Yaponiyaya səfərini davam etdirir.

Bu gün yaponiyalı həmkarı Aki Abe ilə görüşü zamanı xanım Obama deyib ki, Birləşmiş Ştatlarla Yaponiya Ağ Evin "Qızları oxudaq" adlı proqramı ilə bağlı birgə əməkdaşlıq edəcək.

Xanım Obama və onun həyat yoldaşı dünya boyu məktəbdə təhsil ala bilməyən 62 milyon qızın maarifləndirilməsinə yardım təşəbbüsü ilə bu yaxınlarda çıxış edib.

ABŞ-ın "Sülh Korpusu", Yaponiyanın "Xarici Əməkdaşlıq Könüllüləri" və digər beynəlxalq yardım təşkilatları bu proqramın həyata keçirilməsi yolunda birgə işləyəcək.

XS
SM
MD
LG