Accessibility links

Prezident Obama Konqresin iş yerlərinə dair qanun layihəsi ilə bağlı fəaliyyətsizliyindən narazıdır


Барак Обама
Барак Обама

ABŞ prezidenti Barak Obama çərşənbə axşamı günü səsverməyə çıxarılmazdan öncə iş yerlərinə dair qanun layihəsini təsdiq etmək üçün senatorlara çağırışını gücləndirib.

Bu gün həftəlik müraciəti zamanı cənab Obama deyib ki, Konqresin iş yerlərinə dair 447 milyard dollarlıq qanun layihəsini dəstəkləməməsinə heç bir səbəb yoxdur. O, qanun layihəsinin on minlərlə amerikalı işlə təmin edəcəyini bildirib.

Miçiqan ştatında hökumətin proqramı sayəsində yüzlərlə iş yerinin qorubun saxlandığı avtomobil zovudunda danışan prezident Obama deyib ki, Konqres ölkədə orta sinfin iqtisadi sabitliyini bərpa edəcək qanun layihəsini təsdiq etməyə bilməz.

Respublikaçıların müraciətində Kaliforniya ştatından konqresmen Kefin Makkarti deyib ki, amerikalılar üçün iş yerlərinin açılması məsələsi partiya hoqqbazlığı və özünü reklam etmək üçün istifadə edilməməlidir. Konqresmenin sözlərinə görə, Respublikaçıların iş yerlərinə dair planında hər iki partiyanın razılaşa biləcək təkliflər var.

XS
SM
MD
LG