Accessibility links

Barak Obama Kafedralda ənənəvi dua mərasimində iştirak edəcək


U.S. President Barack Obama and first lady Michelle Obama dance at the Commander in Chief's Ball in Washington, January 21, 2013. REUTERS/Pablo Martinez Monsivais/Pool (UNITED STATES - Tags: POLITICS ENTERTAINMENT)
U.S. President Barack Obama and first lady Michelle Obama dance at the Commander in Chief's Ball in Washington, January 21, 2013. REUTERS/Pablo Martinez Monsivais/Pool (UNITED STATES - Tags: POLITICS ENTERTAINMENT)
ABŞ prezidenti Barak Obama inaqurasiyadan bir gün sonra Kafedralda ənənəvi dua mərasimində iştirak edəcək. Dünən dövlət başçısı və birinci xanım Mişel Obama günlərini birgə rəqslə başa vurmuşdu.

İnaqurasiya nitqində prezident Obama ikinci dönəm hakimiyyəti müddətində həyata keçirəcəyi proqramlar və hədəflər haqda danışdı və Amerika xalqını vəhdətə səslədi.

Çıxışı zamanı Barak Obama amerikalıları birliyə səslədi. ABŞ dövlət başçısı Amerika konstitusiyasının həyat, azadlıq və xoşbəxtlik hüquqlarının təminatından danışdı. O dedi ki, hər bir vətəndaşın təhlükəsliyi və ləyaqətinin müdafiəsi üçün ölkənin yeni ölçülərə əl atmasına ehtiyac var.

Prezident bahalı səhiyyə xərcləri və defisitin azaldılması üçün ağır seçimlər edilməli olduğunu qeyd etdi. Cənab Obama dünyada davamlı sülhün bərqərar edilməsinin müharibələr tələb etmədiyini bildirdi.

Prezident Amerikanın yer üzündə hər zaman demokratiyanı dəstəkləyəcəyini vurğuladı.”Nə qədər ki,
Amerikaya imkanlar torpağı kimi baxan çalışqan və ümidli mühacirləri ölkəmizdə qarşılamağın daha yaxşı yolunu tapmamışıq; nə qədər ki, ölkədən deportasiya olunmaq əvəzinə ağıllı gənc tələbələr və mühəndislər əməkçi qüvvəyə səfərbər olunmur, biz hədəfimizə çatmamışıq.”

ABŞ konstitusiyasına əsasən prezidentlər yanvar ayının 20-də and içməlidirlər. Bu il bu tarix bazar gününə təsadüf etdiyi üçün ənənəvi ictimai mərasim yanvar ayının 21-i keçirildi. Amerikanın 44-cü prezidenti ABŞ-ın baş hakimi Con Roberts qarşısında, birinci xanım Mişel Obamanın ailəsinə məxsus İncil üzərində and içdi.

Obama iki tarixi İncil -19-cu əsrdə Abraham Linkolnun, digəri isə 1968-ci ildə sui-qəsdin qurbanı olan vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin İncili üzərində and içib.
Andicmə mərasimi Martin Lüter Kinqin ad gününə təsadüf edib.

Mərasim keçən dəfəki mərasimlə müqayisədə o qədər də möhtəşəm olmadı. Obamanın ilk andiçmə mərasiminə 2009-cu ildə 2 milyona yaxın insan toplaşmışdı. Bu il iştirakçıların sayı 800 min nəfər idi.


Ənənəvi inaqurasiya müraciətindən sonra ABŞ dövlət başçısı İnaqurasiya paradına qatılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG