Accessibility links

Obama terror hücumunda həlak olanların ailələri ilə görüşəcək


Prezident Barak Obama Kaliforniya ştatında baş vermiş hücum zamanı həlak olanların ailələri ilə cümə günü xüsusi görüş keçirəcək. Hadisə zamanı 14 nəfər həlak olmuş, 22-si yaralanmışdı.

Ağ Evdən bildirilib ki, Obama Milad bayramını keçirmək üçün Havaya gedərkən San Bernardinoda dayanacaq.

Federal Təhqiqat Bürosunun direktoru Ceyms Komi deyib ki, hadisəni törədən cütlük internetdə cihad və şəhidlik barədə fikirlərini bölüşüb.

Cütlüyün açıq şəkildə İslam Dövləti qrupunun dəstəkçisi olduğu görünür. Onlar San Bernardinoda yerli hökumət ofisinə silahlı hücum edib və hadisə zamanı polis tərəfindən öldürülüblər.

XS
SM
MD
LG