Accessibility links

ABŞ prezidenti Barak Obama və Britaniya baş naziri Deyvid Kameron Vaşinqtonda danışıqların ikinci günü bir araya gəliblər.

Ağ Ev rəsmisi bildirib ki, cənab Obama və Kamerun terrorizm, Ebola, Rusiyanın Ukraynada rolu və kiber təhlükəsizlik problemlərini müzakirə edir.

İki liderin həmçinin banklara qarşı kütləvi kiber hücumların qarşısını alacaq planları açıqlaması gözlənilir.

Britaniya lideri bildirib ki, o, prezident Obamadan Google və Facebook kimi ABŞ texnologiya şirkətlərinin hökumətə şifrəli kommunikasiyalara girişinə imkan yaratması üçün təsir göstərməsini xahiş edəcək.

Britaniya Qərb və Yaxın Şərqdə terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatların yaxın müttəfiqi olub.

XS
SM
MD
LG