Accessibility links

Obama Keniya səfərini başa vurur


ABŞ prezidenti Barak Obama bildirib ki, Keniya təhlükə və çoxsaylı vədlərin kəsişməsindədir. Onun paytaxtdakı çıxışı zamanı ölkənin gələcəyi ilə bağlı fikirlərini bölüşərək bildirib ki, atasının vətəninə iki günlük səfəri zamanı ona öz övladları kimi münasibət göstəriblər.

Prezidenti keniyalı ögey bacısı Auma Obama təqdim edib və Safarikom Arenasına toplaşanlar onu böyük hərarətlə qarşılayıblar.

Obama Keniya prezidenti Uhuru Kenyattaya səfər zamanı göstərdiyi qonaqpərvərliyə görə təşəkkürünü bildirib və deyib ki, o, ABŞ ilk keniyalı-amerikalı prezidenti olduğuna görə qürur hissi keçirir.

Qadın haqları üçün çağırış

Obama çıxışı zamanı gender bərabərliyinə xüsusi diqqət ayıraraq deyib ki, Keniya qadın və qızlarla ikinci dərəcəli vətəndaş kimi rəftar etsə, ölkə istədiklərinə nail ola bilməyəcək.

O, məcburi evllik, qadın sünnəti, qızların təhsildən kənarlaşdırılması təcrübələrinə son qoyulmasına çağırıb. "Bu ənənələr əsrlərlə mövcud ola bilər, ancaq XXI əsrdə onlara yer yoxdur" - deyə ABŞ prezidenti bildirib.

Diqqəti ABŞ-da debatlara səbəb olan Konfederasiya bayrağına yönəldən prezidentin sözlərinə görə, nəyinsə ənənə olması onun düz olması demək deyil.

Növbəti dayanacaq Efiopiyadır

Paytaxt Nayrobidə daha bir tədbirə qatılan prezident vətəndaş cəmiyyəti liderləri ilə müzakirələr aparıb. Obama bu gün gecə Nayrobidən Efiopiya paytaxtı Əddis Əbabəyə yola düşür. Keniya səfərində olduğu kimi Barak Obama Efiopiyaya da səfər edən ilk ABŞ prezidenti olacaq.

ABŞ prezidentini Əddis Əbabədə Efiopiya hökumət rəsmiləri qarşılayacaqlar. O, baş nazir Heylemaryam Desaleqlə görüşəcək və liderlər daha sonra birgə mətbuat konfransı keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG