Accessibility links

Obama və Kerri Türkiyədə demokratik yolla seçilmiş hökumətə dəstək bildirdi


ABŞ prezidenti Barak Obama və Dövlət katibi Con Kerri Türkiyədə vəziyyəti telefon söhbəti zamanı müzakirə edərək demokratik yolla seçilmiş hökumətə dəstək ifadə edib.

Ağ Evdən verilən açıqlamada deyilir ki, Obama və Kerri söhbət zamanı Türkyədə bütün tərəflərin demokratik yolla seçilmiş hökuməti dəstəkləməli, təmkin göstərməli, zorakılıq və qan tökülməsinə yol verməməli olduğu haqda razılığa gəlib.

Kerri Dövlət Departamentinin Türkiyədəki Amerika vətəndaşlarının təhlükəsizliyi və mühafizəsi məsələlərinə diqqət yönəltməyə davam edəcəyini bildirib. Prezident Obama isə Con Kerridən hadisələrin inkişafı ilə bağlı onu məlumatlandırmasını istəyib.

Dövlət katibi Con Kerri Türkiyədə vəziyyətlə bağlı verdiyi bəyanatda ABŞ-ın Türkiyədə baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib. Bəyanatda Kerrinin Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə söhbət zamanı Birləşmiş Ştatların Türkiyənin demokratik yolla seçilmiş hökuməti və demokratik təsisatlarına tam dəstək ifadə etdiyi bildirilir.

Kerri Türkiyədə bütün tərəfləri Türkiyədə diplomatik missiyalar, personal və mülki vətəndaların təhlükəsizliyini qorumağa çağırıb. Dövlət katibi ABŞ-ın Türkiyədə səfirlik və konsulluqlarının Türkiyədəki ABŞ vətəndaşlarını məlumatlandırmağa davam edəcəyini bildirib.

XS
SM
MD
LG