Accessibility links

ABŞ prezidenti Barak Obama mübahisəli Kistoun neft kəməri layihəsinə veto qoyub. Ağ Ev veto haqda bildirişi bu gün Senata göndərib. Bu, cənab Obamanın prezidentlik müddətində üçüncü vetodur.

ABŞ prezidentinin vetosu ilə hələlik respublikaçılar üçün prioritet məsələlərdən biri dondurulmuş olur. Respublikaçıların nəzarət etdiyi Konrqes bu yaxınlarda neft kəmərinin inşasına başlanılması haqda qanun layihəsini təsdiq etmişdi.

Konqresdə qanun layihəsinin lehinə 270, əleyhinə isə 152 səs verilmişdi. Senat qanun layihəsini yanvarın 29-da təsdiq etmişdi.

Qanun layihəsi nə Nümayəndələr Palatasında, nə də Konqresdə prezidentin gözlənilən vetosunu ləğv edə biləcək səs çoxluğu ilə təsdiq edilməyib.

İlk dəfə 2008-ci ildə təklif edlimiş Kistoun neft kəməri ilə Kanadadan neftin ABŞ-ın Meksika körfəzinə nəqli nəzərdə tutulur.

Respublikaçılar partiyasının üzvləri və neft şirkətlərinin nümayəndələri dost ölkədən neftin yerli emal zavodlarına daşınaması nəzərdə tutulan 8 milyard dollarlıq layihənin yeni iş yerlərinin yaradılmasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyini bildirir.

Demokrat partiyasının üzvləri və ətraf mühit müdafiəçiləri isə layihəni neft sənayesinə hədiyyə adlandıraraq, onun qlobal istiləşmə probleminin pisləşməsinə və ABŞ-ın müəyyən bölgələrində neft sızması hallarına gət

XS
SM
MD
LG