Accessibility links

Obama Klintonun xeyrinə kampaniya aparır


Prezident Barak Obama Filadelfiya hava limanında tərəfdarları salamlayır
Prezident Barak Obama Filadelfiya hava limanında tərəfdarları salamlayır

ABŞ prezidenti Barak Obama pnevnomoniya xəstəliyindən müalicə olunmaq üçün bir neçə gün kampaniya tədbirlərinə qatıla bilmədiyi üçün keçmiş dövlət katibi Hillari Klintonun xeyrinə kampaniya aparır.

Obama Filadelfiyada Klinton tərəfdarlarının yürüşündə iştirak edəcək. ABŞ prezidentinin Demokrat partiyası üçün maliyyə vəsatinin toplanacağı tədbirə qatılacağı gözlənilir.

Klinton CNN tele şirkətinə müsahibədə bu həftə ərzində kampaniya tədbirlərində iştirak etməyi planlaşdırdığını bildirib. Onun kampaniya qərargahı demokrat namizədin Nyu Yorkda 11 sentyabr hadisələrinin anım mərasimində büdrəməsindən iki gün əvvəl- keçən həftənin cümə günü qoyulmuş diaqnozun açıqlanmamasının səhv olduğunu bildirib.

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Nyu Yorkda qızı Çelsinin mənzilində dincəldikdən sonra tərəfdarlarını salamlayır
ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Nyu Yorkda qızı Çelsinin mənzilində dincəldikdən sonra tərəfdarlarını salamlayır

“Mən bunun belə böyük diqqətə səbəb olacağını düşünmürdüm”-deyə Klinton bildirib.

Hillari Klinton və Donald Tramp səhhətləri haqda daha çox informasiya təqdim etməyə söz veriblər.

Tramp Klintonu onun tərəfdarlarının yarısını “ikrah doğuran bir qrup insan” adlandırdığına görə tənqid edib.

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Baltimorda Milli Qvardiya Assosiasiyasında çıxış edir
ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Baltimorda Milli Qvardiya Assosiasiyasında çıxış edir

“O deyib ki, on milyonlarla vətənpərvər amerikalı ikrah doğuran insandır. O necə bu qədər insanın prezidenti ola bilər? O, adamlar haqda insan kimi deyil, əşya haqda olduğu kimi danışır”-deyə Tramp bildirib.

Klinton şərhinə görə təəssüf hissi keçirdiyini deyib.

İki namizəd sentyabrın 26-da planlaşdırılan üç debatdan birincisində üz-üzə gələcək. ABŞ prezident seçkiləri isə noyabrın 8-də keçiriləcək.

RealClearPolitics sorğusunun nəticələri
RealClearPolitics sorğusunun nəticələri

Son rəy sorğuları Trampın Klintondan fərqi azalda bildiyini göstərir. RealClearPolitic tərəfindən keçirilən son sorğuya əsasən, Klinton hazırda Trampdan 2,4 faiz irəlidədir. Bir ay əvvəl bu fərq 8 faiz idi.

NBC News/SurveyMonkey tərəfindən açıqlanmış sorğunun nəticələrinə görə isə Klinton 48, Tramp isə 44 faiz dəstək alıb. Tramp keçən həftə ilə müqayisədə iki faiz daha yüksək nəticə göstərib.

XS
SM
MD
LG