Accessibility links

Prezident Barak Obama Hillari Klintona dəstək verdi


ABŞ prezidenti Barak Obama, Demokratlar Partiyasının ehtimali namizədi Hillari Klintonu dəstəklədiyini bildirib.

“Mən Hillari Klintonu Demokratlar Partiyasının ehtimali namizədi olaraq tarixə adını yazması münasibətilə təbrik edirəm,” deyə Obama cümə günü Klintonun seçki kampaniyasının vebsaytında yerləşdirilən video-müraciətində bildirib. “Mən bu işin nə qədər çətin olduğunu bildiyim üçün, Hillarinin bu vəzifənin öhdəsindən gələ biləcəyini də bilirəm,” deyə Obama əlavə edib.

Dəstək mesajında Obama Klinton haqda müsbət sentimentlərini ifadə edib. “Məncə, bu vəzifəyə Klintondan daha uyğun birisi yoxdur. O, bu işin öhdəsində gələ bilmək üçün tələb olunan cəsarət, mərhəmət və ürəyə sahibdir,” deyə Barak Obama bildirib.

Hillari Klinton öz növbəsində ABŞ prezidentinə dəstəyə görə təşəkkürünü bildirib. Twitter hesabında yaydığı bəyanatda Klinton prezidentin onunla çiyin-çiyinə dayanmasından şərəf duyduğunu söyləyib.

Daha öncə isə cənab Obama Klintonun Demokrat rəqibi Vermont Senatoru Berni Sanderslə görüşüb.

Klintonun seçki kampaniyası diqqətini artıq Respublikaçıların ehtimali namizədi Donald Trampa yönləndirməyə başladığı bir vaxt, Obamanın dəstəyi onları əlavə enerji ilə təmin edir. Prezidentin dəstəyi həmçinin Klinton və Sanders arasında gedən uzun və intensiv çəkişmədən sonra partiya daxilində birliyin olmaması ilə bağlı narahatlıqlara son qoya bilər.

Cümə axşamı Prezident Obama ilə görüşdükdən sonra Sanders Ağ Evin önündə toplaşan müxbirlər qarşısında çıxış edərək, yaxın zamanda “Trampı məğlub etməyin yollarını müzakirə etmək üçün” Klintonla görüşmək istədiyini söyləyib.

Prezident Obama Klintonun ilkin seçkilərdə rəqibi olan Senator Berni Sanderslə görüşüb. 9 iyun, 2016.
Prezident Obama Klintonun ilkin seçkilərdə rəqibi olan Senator Berni Sanderslə görüşüb. 9 iyun, 2016.

Sanders həmçinin əlavə edib ki, Trampın Birləşmiş Ştatlarda prezident olması 'faciə' olardı. “Mən inana bilmirəm ki, 2016-cı ildə Respublikaçıların namizədi seçki kampaniyasının təməlini irqçilik və diskriminasiya təşkil edən bir insandır,” deyə Sanders bildirib.

Bu həftə Klintonun Demokratlar Partiyasının namizədi olmaq üçün lazımi nümayəndə sayı əldə etməsinə baxmayaraq, Sanders seçki kampaniyasını davam etdirəcəyini deyib. Senator bildirib ki, onun kampaniyası bütün diqqəti gələn həftə Vaşinqtonda keçiriləcək praymeriyə yönəldəcək. Bu, seçki mövsümünün son praymerisi olacaq.

XS
SM
MD
LG