Accessibility links

ABŞ prezidenti Barak Obama kürd döyüşçülərlə İslam Dövləti militant qrupu arasında şiddətli döyüşlərin getdiyi Kobani şəhərində vəziyyətlə bağlı narahatlığını bildirib.

Prezident Obama dünyanın 20-dən çox ölkəsinin hərbi liderləri ilə Vaşinqton yaxınlığında ABŞ hərbi bazasında görüşdə İslam Dövləti qrupunun militantlarına qarşı strategiyanı müzakirə edib.

“Bu mərhələdə hazırda bəzi nümayəndələrin burada təmsil olunduğu koalisiyanın 20 üzvü daxil olmaqla, təxminən 60 ölkə koalisiyaya yardım edir. İraq, ərəb ölkələri, Türkiyə, NATO müttəfiqləri və dünyanın hər yerində tərəfdaş ölkələr onlar arasındadır”-deyə ABŞ prezidenti bildirib.

Bu arada, Suriyanın özündə İslam Dövləti qrupunun militantları şəhərin nəzarətini əldən verməməyə çalışdığı bir vaxt Kobanidə güclü partlayışların baş verdiyi bildirilir.

“Bu, sadəcə hərbi kampaniya olmamalıdır. Bu, bütün güc vasitələrinin cəlb olunduğu bir kampaniya olmalıdır. Biz İraq və Suriyada döyüşləri özünə cəlb edənlərə alternativ baxışların təqdim edilməsi üçün daha yaxşı iş aparmalıyıq”-deyə prezident Obama bildirib.

Pentaqon ABŞ və Səudiyyə Ərəbistanının təyyarələrinin bu həftənin əvvəli İslam Dövləti qrupuna qarşı 21 hava hücumu həyat keçirərək, militanatların Kobanidə irəliləyə bilməsinin qarşısını aldığını bildirib.

XS
SM
MD
LG