Accessibility links

Prezident Obama qətliam qurbanlarının ailə üzvlərilə görüşmək üçün Koloradoya səfər edir


Polis hadisəni törətməkdə ittiham edilmiş Ceyms Holmsun evində partlayıcı qurğuları zərərsizləşdirib

ABŞ prezidenti Barak Obama Denver şəhəri yaxınlığında kino-teatrda baş vermiş qətliam qurbanlarının ailə üzvlərilə görüşmək üçün bazar günü Kolorado ştatına səfər edir. Hadisə zamanı altı yaşlı qız da daxil olmaqla 12 insan həlak olmuş, onlarla insan yaralanmışdır.

Kolorado ştatının qubernatoru Con Hikenluper deyib ki, təhqiqat hadisəni törədən 24 yaşlı Ceyms Holmsla bağlı daha çox məlumat toplayır.

Şənbə günü bomba mütəxəssisləri hücumu törətməkdə ittiham olunan Holçsun Denver şəhərindəki evində 60-dan çox partlayıcı qurğunu zərərsizləşdirib.

24 yaşlı tələbə Ceyms Homs cümə günü kino-teatrda “Batman” seriyasından növbəti filmin premyerası zamanı insanlara atəş açmışdır.

Üzərində odlu silah olan Homs hadisədən dərhal sonra həbs edilmişdir.




Kolorado ştatında qətliam
please wait

No media source currently available

0:00 0:01:08 0:00
XS
SM
MD
LG