Accessibility links

Hakimiyyətinin yeddinci ilində illk hesabat məruzəsi ilə çıxış edən prezident Barak Obama milli və qlobal təhlükəsizliyi gücləndirəcək, iqtisadi rifah halını yaxşılaşdıracaq təkliflər irəli sürdüyünü bəyan edib.

“15 ildir biz bu əsrə daxil olmuşuq. Bu 15 il sahillərimizə terror hücumu ilə qədəm qoydu ki, bunun ardınca iki qanlı müharibə savaşıldı, ölkə və dünya iqtisadi tənəzzüllə üzləşdi,” deyə Obama çərşənbə axşamı amerikalılara müraciətində söylədi.

Çoxları ağır vaxtlar yaşadı. Amma bu gecə biz vərəqi çeviririk… Böhranın kölgəsi arxada qalıb və ittifaqımızın durumu möhkəmdir.

“Çoxları ağır vaxtlar yaşadı. Amma bu gecə biz vərəqi çeviririk,” o, bəyan etdi. “…Böhranın kölgəsi arxada qalıb və ittifaqımızın durumu möhkəmdir.”

Hakimiyyəti dövründə ilk dəfə idi ki, prezident Obama Respublikaçıların noyabr ayında ara seçkilərdə qəti qələbəsindən sonra həm Nümayəndələr Palatası, həm də Senata nəzarəti ələ aldıqları Konqres qarşısında nitq söyləyirdi.

Obama iki həftəyə Konqresə təqdim edəcəyi büdcədə siyasi mahiyyətli deyil, praktiki ideyalarla dolu təşəbbüslər planı ilə çıxış edəcəyini söylədi.

Konqresmenlər prezident Obamanın çıxışına reaksiya verir.

Konqresmenlər prezident Obamanın çıxışına reaksiya verir.

“Odur ki, bu gecə mən konkret təkliflərdən çox üzləşdiyimiz dəyərlər seçimi haqda danışmaq istəyirəm,” deyə ABŞ prezidenti bildirdi.

Barak Obama ABŞ iqtsadiyyatının dirçəldiyini və işsizliyin 5.6 faizə endiyini önə çəkdi.

Eyni zamanda o, iqtisadi bərabərsizliyin aradan qaldırlmasına ehtiyacı vurğuladı.

“Yalnız bir neçə adamın mənafeyinə xidmət edən iqtisadiyyatı qəbul etməlyikmi? Yoxsa biz hamının gəlirlərini artırmağa yönəlmiş, hər kəsə imkan bəxş edən iqtisadi kurs götürməliyik?”

Xarici siyasətə çıxışında nisbətən az yer ayıran prezident Obama zorakı ekstremizmə qarşı mübarizəni davam etdirəcəyini bəyan etdi. İran və Kuba ilə diplomatik danışıqları müsbət əlamət kimi dəyərləndirən prezident Obama müxalifəti siyasi fürsətlərə göz yummamağa çağırdı. Rusiyanın Ukrayana təcavüzünü pisləyən ABŞ prezidenti ölkəsinin demokratik Ukraynanı dəstəkləyəcəyini vurğuladı.

Yaxın Şərqdə yeni quru müharibəsinə cəlb olunmaq əvəzinə biz ərəb ölkələri də daxil olmala geniş koalisiya ilə birgə hərəkət edirik ki, düşmənlərimizi zəiflədək və məğlub edək.

Cənab Obama son bir neçə gün ərzində təkliflərini açıqladıqca Respublikaçılar onları kəskin tənqid edib. Müxalif qanunvericilər yüksək vergilərin dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan ABŞ-ın iqtisadi durumunun yaxşılaşmasına mane olacağını bildirir.

Konqresin cənab Obamanın vergi planını təsdiq edəcəyi gözlənilmir, lakin bu təklifi verməklə o, gələn il prezident seçki ilinə qədəm qoyacaq ABŞ-da siyasi debatların mövzusunu müəyyənləşdirir.

Hər il prezidentin kim olmasından asılı olmayaraq ABŞ liderinin Konqresin hər iki palatası qarşısında ölkədə vəziyyətə dair hesabat məruzəsini izləyən amerikalıların sayı azalır. Bu il məruzənin təxminən 30 milyon amerikalı tərəfindən izləniləcəyi gözlənilir.

XS
SM
MD
LG